Mladen İvaniç üçüncü dəfə Qlobal Bakı Forumunda iştirak edəcək
Tarix: 21.02.2018 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç üçüncü dəfə Diasporla İş üzrə Dövət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumunda iştirak edəcək. Mladen İvaniç Forumun “Çoxluqlar milli azlıqlara qarşı” mövzusuna həsr olunan panel iclasında əsas çıxışçıdır. O, mövzu ilə bağlı ölkəsinin və digər Balkan ölkələrinin təcrübəsini paylaşacaq, bu məsələyə dair fikir və təkliflərini səsləndirəcək.
Bildirək ki, Bosniya və Herseqovina hökuməti ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasında bir neçə ildir səmərəli əməkdaşlıq əlaqələri mövcuddur və birgə əməkdaşlıq çərçivəsində bir sıra layihələr həyata keçirilib. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniçin dəstəyi ilə 2016-cı ilin noyabrında Sarayevoda Mərkəzin IX ali səviyyəli toplantısı, fevralda isə "Dinlərarası Dialoq və Ekstremizmə Cavab" movzusunda xüsusi toplantı baş tutub. Həmin toplantı çərçivəsində NGBM üzvləri ilə Bosniya və Herseqovinanın Prezident Şurasının üzvləri arasında görüşlər də keçirilib. 2017-ci il noyabrın 20-də isə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü, Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Lagumdzijanın rəhbərliyi ilə “Balkanların Avropa gələcəyi” movzusunda konfrans təşkil olunub.
Qeyd edək ki, 15-18 mart tarixində keçirləcək VI Qlobal Bakı Forumunda Albaniya Respublikasının Prezidenti İlir Meta, Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviç, digər ölkələrin indiki və keçmiş prezidentləri, baş nazirləri, nazirləri, görkəmli siyasətçiləri, ziyalıların iştirakı gözlənilir. “İnklüziv cəmiyyətlərin qurulması üçün ziddiyyətlərin uyğunlaşdırılması” mövzusuna həsr olunan forumda Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri, Balkan regionunda hazırkı və gələcək vəziyyət, Çinin xarici siyasəti kimi bir sıra qlobal məsələlərin müzakirəsi planlaşdırılır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.06.2019
1 milyon nəfər video oyun əvəzinə təhdid təhlükəsi ilə üzləşib
20.06.2019
NRYTN-in İnnovasiyalar Agentliyinin layihəsi “İlin İT hadisəsi” oldu
20.06.2019
“ASAN xidmət”lə xarici ölkələrin qurumları arasında müqavilələr imzalanacaq
20.06.2019
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində fitosanitar müşahidələri davam etdirir
19.06.2019
Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10812

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info