“Heç kim unudulmur, heç nə yaddan çıxmır”
Tarix: 21.02.2018 | Saat: 17:52:00 | E-mail | Çapa göndər


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində “Heç kim unudulmur, heç nə yaddan çıxmır” mövzusunda hərbi-vətənpərvərlik tədbiri keçirilib.
 
Ttədbirdə şəhid ailələri, Qarabağ müharibəsi veteranları, Azərbaycan xüsusi xidmət veteranları, Daxili İşlər, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin akademiyalarının və xüsusi təyinatlı ali məktəblərin zabit və kursantları, əsgərləri və digər qonaqlar iştirak ediblər.  
 
DTX-nın Heydər Əliyev adına Akademiyasının fakültə rəisi polkovnik, professor Cəlal Qasımov Xidmət rəisi, Milli Qəhrəman, general-leytenant Mədət Quliyevin adından tədbir iştirakçılarını salamlayıb.
 
O, bu tədbirin bir neçə gün sonra xalqımız tərəfindən anılacaq Xocalı soyqırımının 26-cı ildönümünə təsadüf etdiyini, belə görüşlərin gənc nəslin tərbiyələndirilməsində əhəmiyyətini qeyd edib.
 
Tədbirdə çıxış edən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov bildirib ki, ermənilər 1905-1907-ci illərdə, 1918-1920-ci illərdə iki dəfə xalqımıza qarşı soyqırımı törədib, ərazilərimizi işğal ediblər: "1988-ci ildə ermənilər Azərbaycana qarşı işğal siyasətini genişləndirməyə başladılar. Azərbaycanın 20 faiz torpaqları erməni silahlı bölmələri tərəfindən işğal olundu. Hazırda Əsir və İtkin Düşmüş, Girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 1 fevral 2018-ci il tarixinə olan məlumata görə, 3875 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Azərbaycanın qanunvericiliyinə görə münaqişə bölgəsində itkin düşmüş şəxs şəhid hesab olunur”.
 
İ. Axundov qeyd edib ki, 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusu özünü təsdiqləyib, “məğlubedilməz Ermənistan ordusu” mifini darmadağın edib.
 
Tədbir çıxışlarla başa çatıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info