Qazaxıstanda AXC-nin 100 illiyi ilə bağlı tədbirlərə start verilib
Tarix: 21.02.2018 | Saat: 18:28:00 | E-mail | Çapa göndər


Qazaxıstanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı tədbirlərə start verilib.
 
İlk olaraq Azərbaycanın bu ölkədəki səfirliyi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı və Beynəlxalq Türk Akademiyasının dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan konsert proqramı təşkil edilib.
 
Paytaxt Astananın ən böyük ticarət və əyləncə mərkəzlərindən biri, dünyanın nadir arxitektura nümunələrindən hesab olunan və gündəlik 40 minədək insanın ziyarət etdiyi “Xan Şatır”ın açıq səhnəsində baş tutan mərasimdə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov çıxış edərək bildirib ki, o dövrün mürəkkəb beynəlxalq hərbi-siyasi vəziyyətinə, böyük çətinliklərə baxmayaraq, öz canı və qanı hesabına azadlıq mübarizəsi aparan qəhrəmanlarımız şərəflə, ləyaqətlə yürütdükləri bu mücadilə ilə bugünkü müstəqilliyimizin toxumlarını səpiblər: “Ona görə də bu, tarix təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün önəmli hadisədir. Bunu nəzərə alaraq, 2018-ci ildə Cümhuriyyətin yubiley tədbirləri Azərbaycanda olduğu kimi, qardaş Qazaxıstanda da geniş miqyasda qeyd olunacaq”.
 
Səfir vurğulayıb ki, Astanada keçirilən konsert bu sırada ilk tədbirdir.
 
Eyni zamanda diplomat bu il Astananın paytaxt elan olunmasının 20 illiyi münasibətilə tamaşaçıları təbrik edərək, konsertin qardaş qazax xalqına həm də bayram hədiyyəsi sayıla biləcəyini deyib.
 
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Müsəlman Şərqində ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində həm Azərbaycan xalqının, həm də digər türk etnoslarının suverenlik və müstəqillik ideyalarının möhkəmlənməsində möhkəm iz buraxdığını qeyd edib. O bildirib ki, cümhuriyyət, onun qəbul etdiyi qərarlar, onun simvolları bizim azadlıq istəyimizi düşüncələrimizdə, qəlbimizdə yaşadıb və uzun illərdən sonra yenidən milli istiqlalımıza qovuşmağımızda misilsiz bir rol oynayıb. Onun sözlərinə görə, prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyətiİli” elan etməsi ölkəmizin dövlətçilik tariximizə yüksək diqqəti və hörmətinin göstəricisidir. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun qurucu üzvlərindən biri kimi Qazaxıstanda bu tədbirin təşkil olunması isə qardaş ölkənin bizim ortaq dəyərlərimizə, dövlətçilik ənənələrimizə ehtiramını ifadə edir. G. Əfəndiyeva belə vacib tədbirə ev sahibliyi etdiyi üçün Qazaxıstan tərəfinə təşəkkürünü çatdırıb.
 
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali böyük Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq, bir daha enməz” fikrini xatırladaraq, o zamanın ən ağır şərtlərində azadlıq mücadiləsi vermiş böyük dövlət xadimlərimizin misilsiz tarixi missiyanın öhdəsindən ləyaqətlə gəldiklərini qeyd edib. Onun sözlərinə görə, inanılmaz məşəqqətlərə sinə gərən bu liderlərin böyük əksəriyyəti sonra mühacirətdə, sürgündə belə öz yollarından dönməyib, son nəfəslərinə dövlətçiliyimizin, bizim və uşaqlarımızın gələcəyi üçün çarpışıblar.
 
Çıxışlardan sonra iştirakçılara Azərbaycanın əməkdar artisti, Bakı Musiqi Akademiyasının dosenti İslam Manafovun pianoda mükəmməl ifaları təqdim olunub.
 
Qeyd edək ki, “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşkilatçılığı və dəstəyi ilə genişmiqyaslı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info