Lragir: “Ermənistan hökumətinin iqtisadi artımla bağlı dedikləri həqiqətə uyğun deyil“
Tarix: 21.02.2018 | Saat: 19:11:00 | E-mail | Çapa göndər


Qəribə də olsa, hələ bir müddət bundan əvvəl, Avropa Erməniləri Assosiasiyaları Forumunun sədri Aşot Qriqoryan Ermənistana sərmayə yatırmaq isətəyən investorları ayıq-sayıq olmağa, ümumiyyətlə, bu ölkəyə sərmayə qoymamağa çağırmışdı. Ermənistandakı uğursuz investisiya təcrübəsindən danışan diaspor təşkilatının rəhbəri əsas kimi isə Ermənistan hökumətinin əhaliyə daim yalan danışdığını göstərmişdi. Ermənilərin «Lragir» saytında yer alan yazı bu cəhətdən xarakterikdir.
Yazıda deyilir: «Ermənistanın Milli Statistika Xidməti yanvar ayı üçün məlumat açıqlayıb. Məlumata görə, ölkədə iqtisadi fəaliyyət indeksi ötən ilin yanvar ayı ilə müqayisədə 10,2 faiz artıb. Yəni artım demək olar ki, ikirəqəmlidir. Maraqlıdır ki, Milli Statistika Xidməti hələ 2017-ci ilin məlumatlarını elan etməyib, lakin hökumət artımın təxminən 7 faizdən çox olacağını elan edib. Doğrudur, artımın keyfiyyəti və ya hər hansı kəmiyyət artımının varlığı barədə məlumatsızıq. Bəlkə də, deyilənlər həqiqətə uyğun deyil, hökumət statistik manipulyasiya ilə məşğuldur. Lakin bütün bunlara baxmayaraq, statistik göstəricilər 2018-ci ilin aprelində baş tutacaq hakimiyyət dəyişikliyi prizmasından baxmağa mane olmayacaq. Belə görünür ki, Karen Karapetyan hökuməti öhdəsinə götürdüyü "planı aşıb".. Ötən ilin dekabrında Serj Sərkisyan hökumət qarşısında hər hansı bir plan qoymayacağı barədə məlumat vermişdi. Çünki hazırkı plan hər iki tərəfi qane edirdi. Maraqlı vəziyyət alınır. Hökumət öhdəsinə götürdüyü planı «artıqlaması ilə» yerinə yetirir, belə nazir mükafatlandırılmaq əvəzinə, aprelin 9-da prezidentlik müddətini başa vuran Serj Sərkisyan onun yerinə baş nazir gətirilir. Artıq Serj Sərkisyanın baş nazir, Karen Karapetyanın isə birinci vitse-prezident olacağına Ermənistanda faktiki olaraq hər kəs inanır.
Maraqlıdır , görəsən hazırkı baş nazir Karen Karapetyanın öz postunu təhvil verməsini Serj Sərkisyan necə izah edəcək? Axı bir az əvvəl xatırlatdıq ki, baş nazir öhdəsinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib. Belə olan halda, Serj Sərkisyanın onu əvəz etməsi qəribə görünməyəcəkmi?
Təbii ki, burada iki variant məqbul görünür. Birincisi, ya müvafiq şəraitə «ehtiyac duyulacaq”, ya da Karen Karapetyan könüllü olaraq təslim olur və aprelin 9-da bəyan edir ki, planı yerinə yetirməsinə baxmayaraq, ölkədə daha qətiyyətli addımlara ehtiyac var və bunu yalınz və yalnız Serj Sərkisyan həyata keçirə bilər. Daha maraqlısı isə Karen Karapetyanın belə bir addımı atıb- atmayacağı ilə bağlıdır. Görəsən, hazırkı baş nazir birinci vitse-prezident olmağa razılaşacaqmı? Əks halda, Serj Sərkisyanın baş nazirdən 10,2 faizlik iqtisadi artımın reallığı ilə bağlı soruşa bilməsi də istisna deyil.
Qeyd edilməlidir ki, Karen Karapetyanın imtina etməsinə heç bir səbəb olmasa da, o, heç vaxt baş nazirin vəzifəsi uğrunda mübarizə aparmayıb. O, siyasət adamı da deyil. Sadəcə, Karen Karapetyan Ermənistanda yaşanan "böhran idarəçiliyi" ndən kənarda qalmaq istəmədiyindən hakimiyyətə gətirilmişdi ki, bu da təbii hər şeyi gözə alan Serj Sərkisyanı tam qane edirdi.
Beləliklə, bu gün Ermənistan tarixində ən çox arzuolunmaz dilemma - Serj Sərkisyanla Karen Karapetyan arasında seçim qarşısındadır”.
Ağasəf Babayev






 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info