“Tarixi adı istismar etmək heç bir nəticə verməyəcək”
Tarix: 27.05.2013 | Saat: 23:41:00 | E-mail | Çapa göndər


“Müxalifətin hansı ad altında birləşməsinin Azərbaycan hakimiyyəti üçün heç bir əhəmiyyəti yoxdur”.
Bu barədə “Trend”ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı “milli şura”nın yaradılmasına münasibət bildirərkən deyib: "Hansı ad altında istəyirlərsə, birləşsinlər. Bu, bizi narahat etmir. Sadəcə bu adın seçilməsi və bu adın xüsusilə tarixdə olan “milli şura” kimi təqdim edilməsi yolverilməzdir və qətiyyən anlaşılan deyil". M.Qurbanlı qeyd edib ki, əgər “milli şura” adı altında siyasi təşkilat yaradırlarsa, buyursunlar: "Mən dəfələrlə demişəm, bu, bizi narahat etmir. Bizim üçün əhəmiyyəti yoxdur ki, müxalifət bunun adını "milli şura" qoyacaq, "milli birlik" qoyacaq, "milli hərəkat" qoyacaq, çünki ötən illər ərzində müxalifətin onlarca ad altında birlik yaratdığını, dəbdəbəli ad altında birləşdiyini, guya bu ad altında hansısa uğur qazanacağı barədə cəmiyyətə mesajlar verdiyini görmüşük və eşitmişik. Hardadır "Demkonqres", hardadır "demokratik qüvvələr birliyi", hardadır digər o böyük adlar altında birliklərini nümayiş etdirdikləri qurumlar? Yoxdur, olmayacaq. Hamısı müvəqqətidir. Bir az mətbuatda görünəcək, sonra isə tamamilə iflasa uğrayacaqlar". M.Qurbanlı vurğulayıb ki, bunun kökünü hələ də müxalifətdə olanlar dərk edə bilmirlər, başa düşmürlər ki, bunların uğursuzluğunun səbəbi xalqın böyük əksəriyyətinin Prezident İlham Əliyevə dəstək verməsidir, hakimiyyətə dəstək verməsidir və xalqın mütləq əksəriyyətinin müxalifətin yanında dayanmamasıdır: "Çox cüzi azlıq indiki şəraitdə "müxalifət" deyilən dairələrin ətrafındadır və bu cüzi azlığın özünün də içərisində müxtəlif maraqlar var. “Milli şura” adı altında toplaşanlar həmin o müxalifətin zamanında yaratdığı müxtəlif qurumların nümayəndələri olacaqlar və bu adamların bir araya gəlməsi Azərbaycanın ictimai-siyasi həyatına heç bir təsir göstərməyəcək və onların bu adı xüsusi istismar etməsi də onlara dividend gətirməyəcək. Yəni tarixdə olmuş “milli şura”nın adı altında tarixi istismar etmək, tarixi adı istismar etmək heç bir nəticə verməyəcək". M.Qurbanlı deyib ki, bütün bunları nəzərə alaraq, hakimiyyət “milli şura”nın yaradılmasından qətiyyən narahat deyil: "Biz narahat deyilik, bizim gələcəklə bağlı, bütövlükdə seçkilərlə bağlı, ictimai-siyasi proseslərlə bağlı, ictimai rəylə bağlı apardığımız araşdırmalar nəticəsində əlimizdə kifayət qədər dəlillər, sübutlar, əsaslar var və biz bilirik ki, həmin “milli şura” deyilən qurum elan olunduqdan sonra da onun hansısa bir formada cəmiyyətə təsiri olmayacaq. Hətta müxalifətdə olan bütün şəxslərin adlarını ora yazsalar belə, bu, nəyisə dəyişməyəcək".




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info