Vilnüsdə Xocalı soyqırımına həsr olunmuş qanvermə aksiyası keçirilib
Tarix: 21.02.2018 | Saat: 19:57:00 | E-mail | Çapa göndər


“Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycanın Litvadakı səfirliyinin dəstəyi və təşkilatçılığı ilə bu ölkənin bir çox şəhərlərində Xocalı soyqırımına həsr olunmuş tədbirlər keçirilir. Tədbirlər çərçivəsində Litvanın paytaxtı Vilnüs şəhərində Xocalı qurbanlarının xatirəsinə həsr olunan “qan ver - həyat ver” devizi altında qanvermə aksiyası təşkil olunub. Litva Qan Mərkəzinin dəstəyi ilə keçirilən tədbirdə diplomatlarla yanaşı, bu ölkədəki soydaşlarımız, tələbələr, Litva vətəndaşları iştirak ediblər.
Azərbaycanın Litvadakı müvəqqəti işlər vəkili Atəş Qırxıyev səfirlik tərəfindən təşkil olunan qanvermə aksiyasının artıq ənənə halına çevrildiyini, bu tədbirin hər il olduğu kimi, bu il də Xocalı qurbanlarının xatirəsinə həsr edildiyini bildirib. Azərbaycanlı diplomat qeyd edib ki, Xocalı vəhşiliklərini törədən ermənilər qan töküb, həyat alırdılarsa, biz azərbaycanlılar qan verib həyat bəxş edirik.
Litva azərbaycanlıları cəmiyyətinin sədri Mahir Həmzəyev Xocalı soyqırımının hər bir azərbaycanlının qəlbində dərin yara buraxdığını bildirib.
Litva Qan Mərkəzinin donor şöbəsinin müdiri Pailius Norkus qan verərək həyat bəxş etməklə bu nəcib və böyük anlam daşıyan aksiyada fəal iştiraka görə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, Vilnüsdən başqa, Litvanın Klaypeda, Kaunas və digər şəhərlərində də Xocalı soyqırımına həsr edilmiş anım mərasimləri, fotosərgilər, fləşmob keçiriləcək.
Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info