Avstraliyada 28 May - Respublika Günü qeyd edilib
Tarix: 27.05.2013 | Saat: 23:42:00 | E-mail | Çapa göndər


Avstraliyanın Sidney şəhərində 28 May - Respublika Günü münasibətilə tədbir keçirilib. Azərbaycan-Avstraliya - Türk Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirə Azərbaycan və Türkiyə icmalarının nümayəndələri, o cümlədən Avstraliyada təhsil alan azərbaycanlı tələbələr qatılıb. Tədbirdə Azərbaycanın tarixi və 1918-1920-ci illərdə müsəlman Şərqində ilk demokratiya institutu olan Azərbaycan Demokratik Respublikasının mütərəqqi addımları barədə məlumat verilib. Cəmiyyətin prezidenti İmaməddin Qasımov 1918-ci ildə ölkə parlamentinin qərarı ilə qadınlara seçki hüququ verilməsi ilə Azərbaycanın qadınlara kişilərlə bərabər siyasi hüquqların verilməsi sahəsində nəinki Şərqdə ilk, həm də ABŞ, Britaniya, Fransa kimi ölkələri qabaqlayaraq Qərb ölkələri arasında da ilk sıralarda yer aldığını vurğulayıb.
Sidney Texnologiya Universitetinin İnşaat və ətraf mühit mühəndisliyi fakültəsinin baş müəllimi və koordinatoru Şəmsəddin Nicat Azərbaycan dilində vətənpərvərlik ruhunda yazdığı şeirləri oxuyub. Daha sonra Azərbaycan Demokratik Respublikasının uğurları, yenidən müstəqillik qazandıqdan sonra Azərbaycanın keçdiyi yol, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı və digər mövzular ətrafında müzakirə aparılıb.
NİGAR




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Aşura günü Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info