“Azərbaycanda biznes üçün hər cür şərait yaradılıb”
Tarix: 22.02.2018 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


"Caspian European Club" 11-ci "CEO Lunch Baku" təşkil edib. İqtisadiyyat nazirinin müavini Sahil Babayev "CEO Lunch"da fəxri qonaq qismində iştirak edib. "Caspian European Club"un üzvləri ilə görüşdə çıxış edən Sahil Babayev biznesin problemlərinin müzakirəsi və onların həlli yollarının tapılması məqsədilə aktual meydançanın yaradılmasında Klubun fəaliyyətinin əhəmiyyətini vurğulayıb. " İqtisadiyyat Nazirliyi, öz növbəsində özəl sektorla dövlət sektoru arasında əməkdaşlığın inkişafına hər cür yardım göstərməyə və bu işə öz töhfəsini verməyə çalışır. Xüsusilə Azərbaycan məhsullarının xaricdə irəliləyişi məqsədilə dünyanın müxtəlif ölkələrinin birgə sənaye-ticarət palataları çərçivəsində fəal iş həyata keçirilir, müxtəlif ixrac missiyaları, biznes-forumlar və digər tədbirlər təşkil edilir. Hazırda Azərbaycanda biznesin inkişafı üçün hər cür şərait yaradılıb", - deyə Sahil Babayev qeyd edib. "Caspian European Club"un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev qonaqları Klubun fəaliyyəti, gələcək planlar və nəzərdə tutulmuş tədbirlər barədə məlumatlandırıb. O, "CEO Lunch"ın bütün iştirakçılarını 2018-ci il aprelin 18-də Gürcüstan və Azərbaycan hökumətlərinin dəstəyi ilə Tbilisidə keçiriləcək 5-ci Beynəlxalq "Caspian Energy Forum"a dəvət edib. Bildirilib ki, Forumun açılışında Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin və Gürcüstan Hökumətinin iqtisadi bloku təmsil edən bütün üzvlərinin iştirakı nəzərdə tutulur. Təşkilatçı Gürcüstanın "Caspian Energy Georgia" şirkətidir. Tədbirdə, həmçinin 2018-ci il yanvarın 26-da yaradılmış "Caspian Asian Club"un baş icraçı direktoru Samir Hacıyev çıxış edib. O, "Caspian Asian Club"un fəaliyyətə başlamasının Asiya ölkələrinin Xəzər-Qara dəniz regionu şirkətləri ilə biznes-dialoqunun inkişafı və fəallaşması üçün növbəti mərhələ olacağını vurğulayıb. "Regionlararası nəhəng layihələrin, eyni zamanda, Xəzər-Qara dəniz regionu ölkələri ilə Asiya ölkələri arasında əməkdaşlığın inkişafı üçün əla fürsət ola biləcək "Bir kəmər, bir yol" nəqliyyat layihəsinin həyata keçirilməsi nöqteyi-nəzərindən Klubun yaradılması aktual və vaxtında atılmış addımdır", - deyə Samir Hacıyev vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
15.07.2019
“Bir gün səbir kasası daşacaq”
14.07.2019
Azərbaycanın müasir tarixi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır
14.07.2019
Azərbaycanda təhsilin hazırkı səviyyəyə çatmasında Heydər Əliyevin müstəsna xidmətləri olub
14.07.2019
Azərbaycanda əldə edilən hər bir uğur ulu öndər Heydər Əliyev zəkasının təcəssümüdür
13.07.2019
Ulu öndər Heydər Əliyev siyasəti Azərbaycanın idman uğurlarının təməlini təşkil edir

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info