Yaponiyada ABŞ-dan F-16 qırıcılarının uçuşlarının dayandırılması tələb olunub
Tarix: 22.02.2018 | Saat: 00:21:00 | E-mail | Çapa göndər


Yaponiyanın Aomori prefekturasının Tohoku şəhərinin meri baş verən növbəti hadisədən sonra ABŞ hərbi komandanlığından F-16 qırıcılarının uçuşunu dayandırmağı tələb edib.” Kyodo” agentliyi xəbər verir ki, müvafiq tələb ABŞ tərəfinə təqdim edilib. Xatırladaq ki, bir gün əvvəl - fevralın 20-də ABŞ hərbi hava qüvvələrinə məxsus qırıcı təyyarə mühərriklərindən birində baş verən yanğın səbəbindən yanacaq çənlərini gölə atıb. Çənlərdən biri həmin vaxt göldə olan balıqçı qayıqlarından 400 metr aralı düşüb. Hadisə nəticəsində xəsarət alan olmasa da, polis ekoloji zərərin həcmini araşdırır. Son vaxtlar ABŞ hərbi hava qüvvələrinin Yaponiyada yerləşən texnikasında baş verən texniki problemlər yapon ictimaiyyətinin ciddi narahatlığına səbəb olub. Yalnız ötən il 25 belə hadisə qeydə alınıb. Cari ildə də həmin hadisələr baş verməkdə davam edir. Baş nazir Şinzo Abe dünən parlamentin iclaslarından birində çıxışı zamanı ABŞ tərəfindən texniki təhlükəsizlik tədbirlərinin gücləndirilməsini və gələcəkdə belə halların bir daha baş verməməsi üçün müvafiq addımların atılmasını tələb edib.




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
İİKK Hörmüz boğazında Britaniyaya məxsus neft tankerini saxlayıb
19.07.2019
Hindistanda daşqınlar nәticәsindә hәlak olanların sayı 136 nәfәrә çatıb
19.07.2019
Türkiyә ordusu iki şәhid verdi
19.07.2019
Türkiyədə növbəti dəfə kütləvi zəhərlənmə baş verib
19.07.2019
Cənubi Koreyada yaşlı kişi Yaponiya səfirliyinin qarşısında özünü yandırıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info