“Cənub Qaz Dəhlizi”nin Asiya qolu: TAPI kəmərinin Əfqanıstan sahəsinin tikintisi başlayır
Tarix: 22.02.2018 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


TAPI qaz kəmərinin trası Əfqanıstanın Herat və Qəndəhar, Pakistanın Kvetta və Multan şəhərlərindən keçərək Hindistan sərhədinin Fazilka yaşayış məntəqəsinədək uzanacaq.

Nikita Mendkoviç: “Səudiyyə Ərəbistanının Türkmənistana investisiya ayırmasının səbəbi İranın təşəbbüsü ələ almasının qarşısını almaqdır”

Sabah Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPI) qaz boru kəmərinin Əfqanıstan sahəsinin tikintisinə start veriləcək. Elə həmin gün qaz kəməri ilə yanaşı, Türkmənistan-Əfqanıstan-Pakistan marşrutu üzrə elektrikötürmə xəttinin və optik-lifli rabitə xəttinin tikintisinin təməli qoyulacaq, Sərhətabad (Türkmənistan)-Turqundi (Əfqanıstan) dəmir yolu istismara veriləcək. Elektrikötürmə xətti həm qaz kəmərinin ehtiyacı üçün, həm də region ölkələrinin elektrik enerjisi təminatı üçün nəzərdə tutulub. Rabitə xətti isə regionun qərbi ilə şərqi, şimalı ilə cənubu arasında telekommunikasiya körpüsü rolu oynayacaq. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Nazirlər Kabinetinin bu yaxınlarda keçirilmiş iclasında qeyd edib ki, ölkənin energetika strategiyasında vacib aspektlərdən biri Türkmənistanın enerji ehtiyatlarının dünya bazarlarına çıxarılmasını, enerjidaşıyıcılarının nəqlinin etibarlığını və qorunmasını təmin edən çoxvektorlu beynəlxalq sistemin yaradılmasıdır. Q.Berdiməhəmmədov deyib ki, bu, özünün praktik təcəssümünü Türkmənistanın qlobal enerji təhlükəsizliyinin yeni arxitekturasının formalaşdırılmasına istiqamətlənmiş xarici siyasət təşəbbüslərində, həmçinin irimiqyaslı beynəlxalq energetika layihələrində əks etdirir. TAPI məhz belə layihələrdəndir. Ölkənin irimiqyaslı layihələrin icrası istiqamətində regionda səmərəli iş aparıldığını bildirən Türkmənistan Prezidenti xüsusi əhəmiyyət verilən TAPI qaz kəməri layihəsinin icrasını, həmçinin, energetika, rabitə, nəqliyyat və kommunikasiya sahələrində digər mühüm layihələri misal gətirib: “Türkmənistan qazını Asiya ölkələrinə çatdıracaq TAPI qaz kəmərinin tikintisi müstəqil neytral dövlətimizin tarixinə qızıl hərflərlə həmişəlik həkk olunacaq”. TAPI qaz boru kəmərinin Əfqanıstan sahəsinin tikintisinə, elektrikötürmə xətlərinin təməlqoyma və Sərhətabad-Turqundi dəmir yolu xəttinin açılışına həsr olunan tədbirlərdə layihənin iştirakçı-ölkələrinin, Mərkəzi Asiya regionu, həmçinin Azərbaycan, Gürcüstan və digər ölkələrin yüksəkvəzifəli nümayəndələri iştirak edəcəklər. TAPI qaz xəttinin tikintisi 2015-ci il dekabrın 13-də başlayıb. Kəmərin tikintisi və istismarını həyata keçirən “TAPI Pipeline Company Limited” konsorsiumunun səhmlərini 85 faizinin sahibi “Türkmənqaz” dövlət konsernidir. Əfqanıstan qaz korporasiyası, Pakistanın “Inter State Gas Systems (Private) Limited” və Hindistanın “GAIL”şirkətləri bu konsorsiumda hərəyə 5 faiz paya malikdir. TAPI qaz kəmərinin trası Əfqanıstanın Herat və Qəndəhar, Pakistanın Kvetta və Multan şəhərlərindən keçərək Hindistan sərhədinin Fazilka yaşayış məntəqəsinədək uzanacaq. Boru xəttinin Türkmənistandan keçən hissəsinin ümumi uzunluğu 1600 kilometr olacaq. Avropa İttifaqı TAPI kəmərınin “Cənub Qaz Dəhlizi”nə birləşməsi məsələsini müzakirə edir. Bunun nəticəsində Avropa 2020-ci ildə Azərbaycan qazını ala biləcək. Bir neçə gün əvvəl Bakıda keçirilən toplantıda iştirak edən Avropa İttifaqının rəsmisi Maroş Şevçoviç də bildirmişdi ki, Türkmənistan qazının da “Cənub Qaz Dəhlizi” ilə ixracı ilə bağlı danışıqlar aparılır. Qeyd edək ki. Bu layihənin reallaşması ilə bağlı müəyyən çətinliklər var idi. Amma bu il başlayandan müəyyən fəallıq müşahidə edilir. Məsələn, fevralın 14-də Türkmənistan dövlət başçısı Türkiyənin birjalar birliyinin rəhbəri Rifat Hisarcıklıoğu ilə görüşündə bu layihə ilə bağlı məsələyə də toxunmuşdu. Berdıməhəmmədov Türkiyə şirkətlərinin də layihədə iştirakını arzu etdiklərini bildirmişdi. Ekspertlər bildirir ki, bu il layihənin reallaşması istiqamətindəki fəallığın səbəbi Səudiyyə Ərəbistanından olan investisiyalardır. Məsələ ondadır ki, ötən ay bununla bağlı Türkmənistan dövlət başçısı Səudiyyə Ərəbistanı kralına təşəkkür elan etmişdi. Səudiyyə İnkişaf Fondu layihəyə böyük məbləğdə vəsait ayırıb. Avrasiya Analitik Klubun rəhbəri Nikita Mendkoviç “K-News”a açıqlamasında bildirib ki, layihənin keçdiyi ərazilər təhlükəsizlik baxımından risklidir. Onun sözlərinə görə, hazırda Əfqanıstan ərazisinin 13 faizinə silahlı qruplar nəzarət edir. “İŞİD” terrorçuları da Suriya və İraqdan Əfqanıstana “köçməyə” başlayıb. Ekspert hesab edir ki, TAPİ kəməri üçün ən böyük təhlükə yerli “taliban” yox, “İŞİD” terrorçularıdır: “Çıxış yolu Kabul hökumətinin “Taliban” içindəki mülayim hissə ilə razılaşmasıdır. Bu məsələdə Pakistanın da razılığının olması vacibdir. Belə vəziyyətdə təşəbbüsü ələ keçirən İran ola bilər. İran Pakistana birbaşa qaz ixrac imkanı qazana bilər. Gələcəkdə həmin kəməri Çinə qədər uzatmaq mümkündür”. Ekspert hesab edir ki, Səudiyyə Ərəbistanının Türkmənistana investisiya ayırmasının səbəbi elə İranın təşəbbüsü ələ almasının qarşısını almaqdır.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info