“Tert.am”: “Ermənilər kəndləri ailələrlə tərk edirlər”
Tarix: 27.05.2013 | Saat: 23:49:00 | E-mail | Çapa göndər


“Tert.am” yenə də erməni kəndlilərinin ağır güzəranından yazıb. Qəzet Ermənistanın Tavuş vilayətinin Qetaovit kəndinin sakini Qriqor Makinyanın bu barədə fikirlərini öyrənib. “Tert.am” bu barədə yazır: “Makinyan kəndini tərk edərək ailəsi ilə birgə İrəvana gedib. O, müsahibəsində öz narahatlığını bildirib:
“Uşaqlar dedilər ki, təkcə bu gün İcevandan 6 avtobus kəndləri tərk edərək paytaxta yola düşüb”. Qriqor Makinyan insanların bu gedişini emiqrasiya yox, miqrasiya sayır: “Belə miqrasiya hələ baş verməmişdi. Yəqin ki, insanlar qazanc dalınca kəndləri tərk edirlər. Amma yayda qazanc dalınca əvvəllər kəndlilər getmirdilər. İndi isə artıq ailələrlə gedirlər”. Qetaovit kəndinin sakini hesab etmir ki, başlanan miqrasiya təkcə iş yerlərinin olmaması ilə bağlıdır: “Bilmirəm ki, birdən nəyə görə belə gedirlər”.
Makinyanın narahatlığı təkcə başlanan miqrasiya ilə bitmir: “Camaatda müxtəlif cür fikirlər dolaşır, amma indi isə həm də qiymətlər yenidən artıb. Maraqlıdır ki, bunun sonu necə bitəcək?” Qriqori makinyan kəndə təkcə asudə vaxtlarında deyil, eləcə də seçkilərdə gedir. Amma o gizlətmir: “Bu prezident seçkilərində mən öz indiki prezidentimizə səs vermişəm”. O, öz səsverməsinin motivi ilə bağlı sual verməyə qoymayaraq dərhal cavab verir: “Ola bilsin ki, mən savaşda olmuşam, ona görə”. Qetaovit kəndinin sakini dəyişikliklərin olmasına qarşı deyil. Amma o, Qərbin göstərdiyi yolla dəyişikliklərin olmasını istəmir: “Avropa miqrantarı öz zirzəmilərində saxlayır ki, uşaqlara malik olsun, öz itməkdə olan millətini bu yolla xilas etsin... İndi isə bizə nəyisə öyrətmək istəyirlər? Onlar sosial təminatlı ölkə sayılırlar, amma uşaq ərsəyə gətirə bilmirlər, orada oğlan oğlanı, qızsa qızı sevir”. Amma o fikirləşmir ki, ölkənin hazırkı ağır vəziyyətindən öz gücü ilə çıxmaq olar: “Bizim xalqda heç vaxt inqilab olmayıb və olmayacaq. Bizə iş lazımdır, bizim xalqa iş verin, sonra baxın görün, onlar nə edirlər. Başqa yerə gedən həmvətənlərimiz bu kənddə yaxşı evlər tikməyə və hamıdan varlı olmağa başlayırlar”. Qetaovit kəndlisinin arzusu öz kəndinə qayıtmaqdır. O deyir: “Əgər mənim bir az pulum olsaydı, məktəbin bufetinə uşaqlar üçün hər gün süd qoydurardım”. Amma öz kəndinə nə zaman qayıdacağı ilə bağlı suala isə Makinyan bununla bağlı həmişə fikri olsa da, bu barədə konkret addımlar ata bilməyib”.

İlkin




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info