“Vahid namizəd” məsələsi müxalifəti məhv edəcək”
Tarix: 27.05.2013 | Saat: 23:52:00 | E-mail | Çapa göndər


Ənənəvi müxalifət fəaliyyəti boyu özünü cəmiyyətə müxtəlif gurultulu adlarla təqdim etməklə, əvəzində isə normal siyasi fəaliyyət göstərib, ictimai diqqəti cəlb edə bilməməklə, bir sözlə, siyasi oyunbazlıq və bacarıqsızlıqlarına görə özünü ifşa edib. Bu seçki ərəfəsində də həmin köhnıə müxalifət “milli şura” adlı “yeni” qurumla zühur etmək istəyir. Bu barədə ötən saylarımızda kifayət qədər yazmışıq və “milli şura” yaradılmasını istəyən müxalif tərəflərin bu məsələdə ciddi problemlər və ziddiyyətlər yaşadıqlarını qeyd etmişik.
Burada isə onu qeyd etmək yerinə düşər ki, müxalif qüvvələr bu dəfə də özlərinin köhnə, gerilikçi mahiyyətlərinə baxmayaraq, ənənələrinə “sadiq” qalıblar - onlar indi də “milli şura” adı ilə publikaya “işləmək” istəyirlər. Amma bunun özü də cəmiyyət tərəfindən çox gülünc və ironiya ilə qarşılanır. Elə siyasilər və ictimaiyyət nümayəndələri də onların bu siyasi klounluğunun əslində düşərgəni daha da gözdən saldığını bildirirlər. ..
“Müxalif qüvvələr o qədər siyasi adlar ixtira ediblər ki, bununla ictimai fikri özlərinə diqqətdən məhrum ediblər”. Bunu millət vəkili Zahid Oruc müxalifətin “milli şura”nın yaradılması ilə bağlı canfəşanlığına münasibət bildirərkən deyib. Millət vəkilinin sözlərinə görə, vətəndaş düşüncəsində hansısa bir qeyri-adi gözlənti yoxdur ki, bu qüvvələrin timsalında müxalifət öz fəaliyyəti ilə meydana çıxsın: “Siyasət üçün ən mühüm iş gözlənti və müəyyən mənada ictimai həyatı özünə bağlamaq bacarığıdır. Müxalifət isə bunu itirib. Konqres, DUB, SİDSUH və s. müxtəlif adları tarixin arxivinə verən bu qüvvələr indi də “milli şura” adlı qurumun yaradılmasını ortalığa atıblar. Göründüyü kimi, bu da tarixə indekslənməyin nəticəsidir. Həmin dövrdə belə bir qurum parlamentdə də olub. Bu, mənə, sadəcə, sovet dövründəki şuraları xatırladır”.
İsa Qəmbərin qurultay keçirilmədən “vahid namizəd” kimi ortalığı qatmasına gəlincə, deyə bilərəm ki, vahid namizəd məsələsi müxalifət qüvvələrini tamamilə məhv edəcək: “Eldar Namazovun, Əli Kərimlinin, İsa Qəmbərin və digərlərinin bir araya gəldiyi məclis konfliktlərin olduğu məkandır”.
Millət vəkilinin sözlərinə görə, bu baxımdan “milli şura”da da vahid namizəd məsələsi radikal müxalifətin məhvi ilə nəticələnəcək.
Millət vəkili bu mənada onu düşünür ki, “milli şura”nın yaradılması Azərbaycan cəmiyyətinə heç nə qazandırmayacaq.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
27 dərəcə isti olacaq
22.05.2019
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Balakəndə
21.05.2019
Normadan artıq şəkər istehlakı orqanizm üçün zərərlidir
21.05.2019
Masallı Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Günü
21.05.2019
“Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumuna qeydiyyat başladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info