BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşması üzrə regional forumu keçirilib
Tarix: 22.02.2018 | Saat: 16:18:00 | E-mail | Çapa göndər


Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılması istiqamətində həyata keçirilən layihələr təqdirəlayiqdir.
AZƏRTAC xəbər verir ki, bu fikir BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşması üzrə Avropa və MDB ölkələrinin milli koordinatorlarının Minsk şəhərində keçirilən regional forumunda səsləndirilib.
MDB və Avropanın 40-dan çox ölkəsindən yüzə yaxın nümayəndənin iştirak etdiyi regional forumda BMT-nin 2016–2030-cu illər üçün təsdiqlənmiş 17 Dayanıqlı İnkişaf Məqsədi və 169 hədəfi özündə birləşdirən strategiyasının xüsusiyyətləri və həyata keçirilməsi mexanizmi, dayanıqlı inkişaf məsələsində qlobal hədəflərin müəyyənləşdirilməsi, aclığın və yoxsulluğun ləğv edilməsi, ərzaq təhlükəsizliyinin və kənd təsərrüfatının dayanıqlı inkişafının təmin edilməsi məsələləri əsas müzakirə obyekti olub.
Bu istiqamətdə Avropa və MDB ölkələrinin milli koordinatorlarının məruzələri dinlənilib. Son illər BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri layihəsi çərçivəsində ölkəmizdə həyata keçirilən qlobal sosial, iqtisadi, elmi, mədəni islahatlar haqda geniş məruzə ilə çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov respublikamızın bütün bölgələrində işsizlik səviyyəsinin azaldılması, yüksək əmək şəraitinin yaradılması, sağlam həyat tərzinin təmin edilməsi, gender bərabərliyi və sosial təminatın gücləndirilməsi istiqamətində görülmüş işlər və əldə olunmuş nailiyyətlərdən bəhs edib. O bildirib ki, ölkəmizdə bu sahənin daim nəzarətdə saxlanması məqsədilə yaradılmış Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası qlobal məqsəd və hədəflərə çatmaq üçün təxirəsalınmaz tədbirlər həyata keçirir. Bu baxımdan ölkəmizin əldə etdiyi uğurlar BMT tərəfindən təqdir edilir.
Forumda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşmasında müsbət təcrübənin paylaşılmasının vacibliyindən söz açan UNICEF-in mənzil qərargahının araşdırma və siyasət departamentinin direktor müavini Mark Xerevord bu istiqamətdə dünyanın bir sıra ölkələri ilə yanaşı, Azərbaycan modelinin də səmərəli olduğunu bildirib.
Forumda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşması üzrə Avropa və MDB ölkələrinin milli koordinatorlarının növbəti forumunun Bakıda keçirilməsi təklif olunub və bu təklif müsbət qarşılanıb.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Milli mənəvi dəyərlərin qorunub saxlanılmasında medianın rolu
16.11.2018
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə 100 min ağac əkiləcək
16.11.2018
Ramiz Rzayev: “Azərbaycanda ağır cinayətlərin sayı azalıb”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info