“Bu il ən azı 600 kəndi əhatə edəcək 2000 kilometrdən çox avtomobil yolu çəkiləcək”
Tarix: 22.02.2018 | Saat: 17:08:00 | E-mail | Çapa göndər


"2018-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ən azı 600 kəndi əhatə edəcək 2000 kilometrdən çox avtomobil yolu çəkəcək".
 
Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
 
Onun sözlərinə görə, agentlik tərəfindən 2018-ci ildə Bakı şəhərində uzunluğu 106,4 kilometr olan 11 layihənin, uzunluğu 1274,1 kilometr olan 52 kəndlərarası layihənin, habelə respublika əhəmiyyətli avtomobil yollarının və xarici kredit vəsaiti hesabına yerinə yetiriləcək layihələrin icrası həyata keçiriləcək: “İl ərzində Olimpiya stadionu ərazisində tunelin tikintisi, yeni dizaynda 5 piyada keçidinin tikintisi, “Ağ şəhər” layihəsi, Z.Bünyadov prospekti ilə Balaxanı-Binəqədi şosesini birləşdirən yeni yolun tikintisi, Şamaxı-Padar yolunun davamı olan Padar-Sabirabad yolunun tikintisi (bu layihə üç magistral yolu (M-4, M-2 və M-6) birləşdirməyə imkan verəcək), Rusiya Federasiyası ilə sərhəddə Samur çayı üzərində yeni körpünün tikintisi, Sumqayıt şəhərində iki prospekt və iki küçənin yenidən qurulması, Qanlı göl ərazisində tikilən MİDA-Şərifzadə yolunun tikintisi həyata keçiriləcək”.
 
S. Məmmədov bildirib ki, ümumilikdə il ərzində ümumi uzunluğu, ən azı, 2171 kilometr təşkil edəcək avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri yerinə yetiriləcək: “Bu layihələrin həyata keçirilməsi, 48 rayon ərazisində və Bakı şəhərinin qəsəbələrində 3,1 milyon nəfər əhalinin yaşadığı 1270 yaşayış məntəqəsini əhatə edərək, onların 2171 kilometr uzunluğunda rahat avtomobil yollarından istifadə etməsinə imkan verəcək. Artıq Bakı şəhərinin və onun qəsəbələrarası avtomobil yollarının, habelə kəndlərarası avtomobil yolları layihələrinin icrasına başlanılıb, icra cədvəli təsdiq edilib”. 
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Türkiyə mediası: “Star” zavodu satış üçün istehsala yanvarda başlayacaq”
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb
14.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları komitədə işlə təmin olunublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info