Tramp: “Müəllimlərə silah verilsin”
Tarix: 22.02.2018 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


ABŞ-da müəllimlər silahla təmin oluna bilər. 
“The Hill” nəşrinin verdiyi xəbərə görə, belə bir təşəbbüslə ABŞ prezidenti Donald Tramp çıxış edib. 
Bu yaxınlarda Florida ştatında silahlı insident yaşanan məktəbə gedən D. Tramp müəllimlərin silah verilməsinin vacibliyini vurğulayıb. O deyib ki, müəllimlərə silah gəzdirmək üçün imkan yaradılmalıdır. 
Prezidentin sözlərinə görə, hakimiyyət bu məsələni ciddi şəkildə nəzərdən keçirəcək.
 
“Şagirdləri xilas edən müəllim silahlı olsaydı, daha çox uşaq xilas edə bilərdi, həm də özü sağ qalardı. Hadisəni törədən şəxs müəllimlərin silahlı olduğunu bilsəydi, bu cür addıma cəhd etməzdi”.
Xatırladaq ki, ABŞ-ın Parkland şəhərində (Florida ştatı) “Marjory Stoneman Douglas” məktəbində baş verən silahlı insident nəticəsində 17 nəfər ölüb. Məktəbdə atəş açan 1999-cu il təvəllüdlü Nikolas Kruz saxlanılıb. Bundan əvvəl o, daxili nizam-intizam qaydalarını pozduğuna görə məktəbdən xaric edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info