Xaçmazda cins heyvanların sayı 800 başa çatdırılıb
Tarix: 22.02.2018 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


Xaçmaz rayonunda yeni yaradılan təsərrüfatda cins heyvanların sayı 800 başa çatdırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2017-ci ildən rayonun Sayad kəndində fəaliyyətə başlayan bu təsərrüfata lizinq yolu xarici ölkələrdən “Holstein-friz” və “Simmental” cinsindən olan 600 başa yaxın iribuynuzlu heyvan gətirilib. Təsərrüfata ilk olaraq gətirilən inəklər ətlik-südlük istiqamətlidir. Sonuncu gətirilən 200 başa yaxın inək isə sırf südlük istiqamətli heyvanlardır. Dövlət qayğısı və əlverişli şərait nəticəsində hazırda təsərrüfatda olan mal-qaranın sayı 800 başa çatdırılıb. Bu heyvanlar təsərrüfatdakı yeddi fermada saxlanılır. Yeni doğulan buzovların böyüməsi və çəki alması üçün ərazidə daha 3 tövlənin tikintisi aparılır.
Aqronom Müşfiq Axundov bildirir ki, hazırda təsərrüfatda 250 baş sağmal inək var. Bu heyvanlardan gündəlik 6 tona yaxın süd əldə olunur. İstehsal olunan məhsul xammal şəklində süd zavodlarına satılır. Ətlik heyvanlar isə ət kombinatları ilə yanaşı, yerli qəssablara da satılır. Heyvanların yem ehtiyacını ödəmək üçün təsərrüfata məxsus 500 hektara yaxın ərazidə hər il arpa, qarğıdalı və yonca kimi yem bitkiləri əkilir.
Burada çalışan mütəxəssislər qeyd edirlər ki, cins inəklər qısa zamanda kökəlir və daha çox ət verir. Həm süd, həm də ət istehsalında sərfəlidir. “Simmental” cins inəklərin dişisinin ağırlığı 600-650, erkəyinin çəkisi isə 750-800 kiloqrama çatır. Bu inəklər bir laktasiya dövründə 4-4,5 ton süd verə bilir. “Simmental” cinsi həm də sağlam, dözümlü və uzunömürlü olması ilə seçilir. Ağ-qara rənglərdə olan “Holstein-friz” cinsi isə daha iri inəklərdir və bir laktasiya dövründə 10-12 ton süd vermək qabiliyyətinə malikdir. Süddəki yağlılıq isə 3,6 faizə bərabərdir.
Təsərrüfatda süni mayalanma da tətbiq olunur. Mayalanma aparılan heyvanlar yerli cinslərə nisbətən daha tez inkişaf edir. Cins heyvanların digər üstünlüyü isə regionun iqliminə daha tez uyğunlaşmasıdır.
İnkişaf etməkdə olan heyvandarlıq təsərrüfatında iribuynuzlu heyvanların sayının artırılması, ət və süd istehsalının daha da çoxaldılması nəzərdə tutulub.
Hazırda Xaçmazın fərdi və fermer təsərrüfatlarında 57 min 114 baş iribuynuzlu, 74 min 633 baş xırdabuynuzlu heyvan saxlanılır. Ötən il bu təsərrüfatlarda 14 min 622 ton ət, 60 min 569 ton süd istehsal edilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info