Orxan İsayev: “Beynəlxalq qurumlar korrupsiya ilə mübarizəni müsbət qiymətləndirir”
Tarix: 22.02.2018 | Saat: 19:47:00 | E-mail | Çapa göndər


“Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər beynəlxalq qurumlar tərəfindən müsbət qiymətləndirilir”. Bunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Orxan İsayev bildirib. Onun sözlərinə görə, Beynəlxalq Şəffaflıq Təşkilatının “Korrupsiya Qavrama İndeksi”nin 2017-ci il üzrə hesabatında Azərbaycan 31 balla qiymətləndirilməklə, 180 ölkə arasında sıralamada 122-ci olub: “Qeyd etməliyəm ki, 2009-cu ildən başlayaraq həmin təşkilatın hesabatlarında ölkəmizlə bağlı nəticələr üzrə, istər pillə, istərsə də qiymətləndirmə balı baxımından daim müsbət dinamika müşahidə olunur. Bununla belə, 2017-ci il üzrə əks olunmuş göstəricilər ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirləri kifayət qədər dəqiq əks etdirmir. Belə ki, Azərbaycanda bu sahədə ötən illər ərzində həyata keçirilmiş genişmiqyaslı institusional və qanunvericilik islahatları, elektron hökumət layihəsinin uğurla icra olunması, həmçinin “ASAN Xidmət”in həm fəaliyyət sahələrinin, həm də coğrafiyasının genişləndirilməsi ölkəmiz üzrə göstəricilərdə əhəmiyyətli irəliləyişi şərtləndirməli idi”.
O. İsayev xüsusi qeyd edib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər daha mötəbər beynəlxalq qurumlar olan Avropa Şurasının Korrupsiyaya Qarşı Dövlətlər Qrupu (GRECO), İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Antikorrupsiya Şəbəkəsi və BMT-nin müvafiq strukturları tərəfindən müsbət qiymətləndirilir. Həmin təşkilatların hesabatlarında ölkəmizə verilmiş tövsiyələrin icra vəziyyətində irəliləyişlərin olması daha dəqiq və daha peşəkar yanaşma ilə öz əksini tapıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info