Bakı metrosunda maşinist kabinasında siqaret çəkmək qadağan edilib
Tarix: 22.02.2018 | Saat: 20:07:00 | E-mail | Çapa göndər


2017-ci il dekabrın 1-dən "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikası Qanunun icrasına ciddi əməl olunması məqsədilə “Bakı Metropoliteni” QSC-nin müvafiq struktur rəhbərlərinin iştirakı ilə geniş tərkibdə müşavirə keçirilib.
 
QSC-dən verilən məlumata görə, müşavirədə qanunun tələbləri, onun təfsiri və metropoliten obyektlərinə şamil olunması ilə bağlı geniş müzakirələr aparılıb və izahat verilib.
 
Qanunun tələblərindən irəli gələn vəzifələrin icrasının təmin olunması məqsədilə müşavirənin yekunlarına uyğun olaraq, “Bakı Metropoliteni” QSC-nin sədri müvafiq əmr imzalayıb.
 
Qeyd edək ki, metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda siqaret və elektron siqaretdən istifadə buna qədər də qadağan edilib. 2012-ci il iyunun 29-da qəbul edilmiş "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda qaydaya əməl etməyənlərlə bağlı müvafiq qaydada cərimələr də nəzərdə tutulub. Lakin "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanuna uyğun olaraq, “Bakı Metropoliteni” QSC-yə məxsus inzibati binalarda və onların həyətlərində, hətta "Nərimanov" elektrik deposu ərazisində və tikinti obyektlərində olan açıq sahələrdə tütün məmulatlarından, o cümlədən qanunun tələblərinə müvafiq olaraq, ona bərabər tutulan yerlərdə siqaret və elektron siqaretdən istifadə qadağan olunub. Tütün məhsullarından yalnız razılaşdırılaraq xüsusi ayrılmış və müvafiq nişanı olan yerlərdə istifadə etməyə icazə verilir.
 
Bundan başqa, metropoliten stansiyalarında və keçidlərdə, tunellərdə, eskalatorların maşın zallarında xüsusi ayrılmış və razılaşdırılmış yerlərdən başqa, hər hansısa xidməti sahədə, o cümlədən maşinist kabinasında da tütün məmulatlarından istifadə qəti qadağan edilib.
 
"Bakı Metropoliteni" QSC sədrinin əmrinə əsasən, bununla əlaqədar yerlərdə maarifləndirmə işləri aparılmalı, tövsiyələr verilməlidir. Əmrdə qanunun tələblərinə riayət olunması məqsədilə struktur rəhbərlərinə ciddi tədbirlərin görülməsi tapşırılıb və bunun üçün məsul qurumlar və şəxslər müəyyən edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.03.2019
Ağsuda zəlzələdən zərər çəkən 11 ev yenidən tikilir
25.03.2019
Süd və süd məhsulları alarkən diqqətli olun
22.03.2019
Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara gələn aydan Prezident təqaüdü veriləcək
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10706

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
5 Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info