Ermənilər təlaşda: “Vəziyyət bizim üçün təhlükəli istiqamətdə dəyişir”
Tarix: 22.02.2018 | Saat: 22:42:00 | E-mail | Çapa göndər


“ArmenianReport”: “Ankara ilə Bakı arasında siyasi və iqtisadi sahə ilə yanaşı, hərbi əlaqələr də güclü şəkildə inkişaf edir”

Ermənilərdə riyakarlığın hələ ana bətnində olarkən əmələ gəldiyini onlar özləri də çoxdan etiraf ediblər. Onlar üçün ləyaqət, dostluq məfhumu yoxdur. Onlar həmişə kiminsə qanadı altında yaşayıb, bədxah niyyətlərini həyata keçirmək üçün məqam gözləyiblər. Nəzakətdən uzaq olsa da, gürcü yazarı Serqi Sacayanın "ermənilər şir yox, sadəcə daha güclü xalqlara qulluq edən çaqqallardır" deyimini xatırlamaq məcburiyyətində qalırıq. Çünki alman alimi Alfred Kortenin sözləri ilə desək «…onların yalan və intriqalarının öhdəsindən hətta yazılı sənəd belə, gələ bilməz". Mətləbə keçək. Beləliklə, son günlər Türkiyə ordusunun terrorçulara qarşı apardığı uğurlu əməliyyatlar Ermənistanda qıcıqla qarşılanır. Maraqlıdır ki, bir müddət bundan əvvəl bu mövzu hətta Ermənistan parlamentində də müzakirə mövzularından birinə çevrilmişdi. Maraqlıdır, Ermənistanın kürkünə birə salan nədir? Onlar hansı əsasla “Türkiyənin bütün bölgə üçün təhlükə yaratdığını iddia edirlər”. Əslində, bu məsələdə Ermənistanı qıcıqlandıran məsələ Moskvanın Ankara ilə qurduğu münasibətdlərdir. Ermənilərin “ArmenianReport” saytı həyasızcasına Türkiyənin terrorçulara qarşı mübarizəsində “imperiya ambisiyaları” axtarmağa çalışır. Guya humanistlik mücəssiməsi olan Ermənistan Suriyada tökülən “günahsız qanlara” görə “sarsılır” və beynəlxalq təşkilatlardan Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağırış edir. Maraqlıdır ki, erməni saytı ABŞ-ı "ikili standartlar" siyasətində, Rusiyanı isə «fəaliyyətsizlikdə» «ittiham» edir. Sayt yazır: “...Mən bunu Rusiyanın hərəkətlərini haqlı hesab etmək üçün söyləyə bilmərəm. Ona ehtiyac da yoxdur. Mən yalnız Türkiyəyə qarşı "beynəlxalq təzyiq"lə bağlı heç bir addım olmadığını göstərmək istəyirəm. Belə olan halda Turkiyə də daha açıq şəkildə Azərbaycan dəstəkləməyə, Ermənistana təzyiq göstərməyə başlayır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının qrup iclasında çıxış edərkən bildirib ki, "Xocalı soyqırımı" insanlıq tarixinin ən qəddar səhifələrindən biridir . O, deyib ki, dünyada kimsə kütləvi qırğın nümunəsi axtarırsa, onda Xocalıya baxsın”. Türkiyə ana müxalifət partiyasının rəhbəri Kamal Kılıçdaroğlunun «türklərin qəlbi həmişə Azərbaycanla döyünür" deməsi isə ermənilərdə qorxu hissini daha da artırıb: “Bunlar nə deyir? Vəziyyət bizim üçün təhlükəli bir istiqamətdə dəyişir. Ankara ilə Bakı arasında siyasi və iqtisadi sahə ilə yanaşı, hərbi əlaqələr də güclü şəkildə inkişaf edir. Bu da Ermənistanın Azərbaycan-Türkiyə tandeminin hücumu ilə üzləşə biləcəyini deməyə əsas verir. Türk əsgərləri Azərbaycan əsgəri formasında ermənilərə qarşı "hibrid müharibə" aparma taktikasından da istifadə edə bilər. Bütün bunlar, Ankara ilə Bakı arasındakı tamamilə açıq hərbi əməkdaşlıq daxil olmaqla, Ermənistan üzərində böyük təhlükə yaradır. Və dünya bunu görməməyi üstün tutur”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.09.2018
“Sabah.com.tr”:“İşğalçılar sərhədlərimizi açmamızı gözləməsinlər”
14.09.2018
“ArmenianReport”: “Ermənistan əks-inqilab təhlükəsi ilə üz-üzədir”
11.09.2018
“Dinin tələb etmədiyi bəzi ifrat hərəkətlər uşaqlarda psixoloji zədələr yaradır”
07.09.2018
«ArmenianReport»: «Rusiya bizim daxili işlərimizə qarışmamalıdır»
01.09.2018
Azərbaycan və Rusiya arasında 15 sənəd imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info