“Beynəlxalq ictimaiyyətin Qarabağ məsələsinə yanaşması dəyişməlidir“
Tarix: 23.02.2018 | Saat: 01:07:00 | E-mail | Çapa göndər


“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün məsələlər çox məhdud çevrədə qapalı olaraq qalır. Bu, anlaşılandır. (APA) Lakin ölkələrin ictimaiyyətinin istənilən kompromis qərarlara hazırlanmasına xidmət etmir”. Bu barədə ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin ATƏT PA-nın Vyanada keçirilən qış sessiyasında istefası öncəsi təqdim etdiyi son hesabatında bildirib. “İki illik intensiv fəaliyyətim müddətində ATƏT PA ilə bağlı Cənubi Qafqazda fikirlərin, həmçinin Cənubi Qafqaz barədə məlumatların ATƏT PA-da paylaşılması üçün nailiyyətlər əldə etmişəm. Lakin istənilən vacib məsələ ilə bağlı irəliləyiş əldə olunmayıb. Bunu da qəbul etməliyik ki, istənilən digər qurum və institut son iki ildə regionda nəzərəçarpacaq nailiyyət əldə etməyib. Doğrudur, nisbi sülh əldə olunub. Lakin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mənim təəssüratım budur ki, beynəlxalq ictimaiyyət özünün hərtərəfli nizamlanmanın və uzunmüddətli sülhün əldə olunması ilə bağlı ambisiyalarını sadəcə müharibədən qaçmağa dəyişib. Bu dayanıqlı deyil və dəyişməlidir. ATƏT PA bu məsələdə rol oynaya bilər. Lakin bu, xüsusilə münaqişə ölkələrinin paytaxtlarında uyğun şəraitin yaradılması şərti ilə baş verə bilər”, - deyə o vurğulayıb. Kristian Vigenin ATƏT-in Minsk qrupu həmsədrlərinin işini tənqid edib. Vigenin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və ATƏT-in Minsk qrupu həmsədrləri ilə əməkdaşlıq və koordinasiya şəklində ATƏT PA-nın regionda rolunun gücləndirilməsi ilə bağlı bir sıra səylər irəli sürdüyünü deyib: “Lakin həmsədrlər öz işləri barədə məlumat vermək üçün bir neçə dəfə ATƏT PA-nın dəvətlərini, hətta qeyri-rəsmi görüş təkliflərini rədd ediblər. Mən onlarla bu məsələ ilə bağlı görüşlərimi bölüşmək və parlamentarilərin bu prosesdə rolunun artırılmasının vacibliyini danışmaq üçün bir dəfə görüşə bildim. Biz fəaliyyətimiz barədə gələcəkdə də məlumat mübadiləsi barədə razılığa gəldik, lakin bu məsələyə ciddi şəkildə cəlb edilən olmadı. Onların işi hələ də qapalı olaraq qalır. Həmsədrlər yalnız nadir hallarda özündə az məlumat əks etdirən press-relizlər yayırlar”. Vigenin deyib ki, Cənubi Qafqazın 3 ölkəsi ilə “Cənubi Qafqaz” adı altında məşğul olmaq artıq ATƏT PA üçün məhsuldar deyil: “Dağlıq Qarabağ və ətraf rayonlarla əlaqəli bütün problem və məsələlər - Azərbaycan və Ermənistanla bağlı vəziyyət Gürcüstandakı vəziyyətdən tamamilə fərqlidir. Hər 3 ölkə yanaşma və məqsədlərində də fərqlənir. ATƏTPA fərqlilikləri qəbul etməli, hazırki yanaşmanı dayandırmalı və münaqişələri individual olaraq hədəfə almalıdır”.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info