Rusiya ilə dövlət sərhədində ilk sərhəd nişanı quraşdırılıb
Tarix: 23.02.2018 | Saat: 01:14:00 | E-mail | Çapa göndər


Qusar rayonunun Zuxul kəndi ərazisində Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılması münasibətilə təntənəli mərasim keçirilib. Azərbaycan Sərhəd Mühafizəsi tarixinin əlamətdar hadisələrindən olan təntənəli mərasimdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti Sərhəd Xidmətinin nümayəndə heyətləri, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət komissiyalarının üzvləri iştirak ediblər. Azərbaycan-Rusiya dövlət sərhədində ilk sərhəd nişanı quraşdırıldıqdan sonra Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev mərasimdə çıxış edib. O qeyd edib ki, həmsərhəd ölkələr arasında ilk olaraq Azərbaycan-Rusiya dövlət sərhədinin müəyyənləşdirilməsi prosesinə 1996-cı ildə start verilib və 14 illik birgə fəaliyyət uğurla yekunlaşdırılaraq 2010-cu il sentyabrın 3-də “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında” dövlətlərarası müqavilə imzalanıb. Elçin Quliyev deyib: “Qəti əmin olduğumuzu bildirmək istəyirəm ki, ölkələrimiz arasında sərhəd həmişəki kimi bundan sonra da xalqlarımızı daha sıx birləşdirəcək, sərhədlərimizdə vəziyyət ikitərəfli dostluq və mehriban qonşuluq münasibətlərinin nümunəsi olacaq. Ölkələrimizi, o cümlədən Azərbaycan və Dağıstan xalqlarını tarixən bağlayan qardaşlıq və qarşılıqlı hörmət telləri Azərbaycan-Rusiya dövlət sərhədində təhlükəsizliyin və sabitliyin rəhni, bu münasibətlərin sarsılmaz təməlidir. Dövlətlərimizin rifahı naminə uzunmüddətli, sıx və səmərəli əməkdaşlığa görə həmkarlarımıza – rusiyalı sərhədçilərə xüsusi minnətdarlığımı bildirmək istədim”. Xarici işlər nazirinin müavini, Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Xələf Xələfov qeyd edib ki, Azərbaycan ilə Rusiyanın dövlətlərarası münasibətləri mehriban qonşuluq və dostluq, strateji tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq səviyyəsindədir, bugünkü hadisə iki ölkə arasında əbədi dostluğun rəmzi kimi tarixə düşəcək. Dövlət sərhədinin demarkasiyası üzrə işlərin tezliklə başa çatacağına əminlik ifadə edilib. Rusiya Federasiyasının Azərbaycan Respublikası ilə dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının sədri Vadim Postnov xatırladıb ki, Azərbaycan-Rusiya dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılması ilə əlaqədar təntənəli məqamdan əvvəl uzunmüddətli işlər görülüb. Əvvəlcə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında” dövlətlərarası müqavilə imzalanıb, sonra hökumətlərarası komissiya yaradılıb: “Biz sərhədin müəyyən edilməsi qaydası barədə normativ sənədləri, təlimatları uzun müddət ərzində hazırlamışıq. Nəhayət, bizim fəaliyyətimizdə yeni mərhələ - sərhəddə nişanların quraşdırılmasının praktiki mərhələsi başlanır. Bu cür nişanlar hələ çox olacaq, lakin bugünkü nişan uzun müddət yadda qalacaq, çünki o, birincidir”. Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Sərhəd Xidmətinin nümayəndə heyətinin rəhbəri, general-leytenant Aleksey Buyerov xatırladıb ki, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında” dövlətlərarası müqavilə 2011-ci il iyulun 18-də qüvvəyə minib. O deyib: “Beləliklə, hər iki dövlətin qarşılıqlı razılığı ilə müqavilədə təsbit olunmuş müddəalar qanun normasına çevrilib. Bu qanunun məqsədi Azərbaycan və Rusiya xalqları arasında dostluq və mehriban qonşuluq münasibətlərinin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün əlverişli şəraiti təmin etməkdir. Bu gün həmin ali məqsədə nail olmağa yönəlmiş işin növbəti mərhələsi başlanır. Müqavilənin müddəaları praktikada həyata keçirilir, sərhəd həqiqətə çevrilir”. Sonra Xələf Xələfov və Vadim Postnov Azərbaycan-Rusiya dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılmasına dair Protokolu imzalayıblar.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info