“Xocalı şahidləri danışır” kitabının təqdimatı olub
Tarix: 23.02.2018 | Saat: 01:17:00 | E-mail | Çapa göndər


“Xocalı şahidləri danışır” kitabının təqdimatı keçirilib.“Azərbaycan” qəzeti tərəfindən nəşr edilən kitabda Xocalı soyqırımının şahidi olan insanların acı xatirələri əksini tapıb.Kitabın ideya müəllifi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, redaktoru “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, buraxılışa məsul Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, tərtibçisi isə “Azərbaycan” qəzetinin şöbə redaktoru İxtiyar Hüseynlidir.Kitab Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun maliyyə dəstəyi ilə nəşr olunub.
Təqdimat mərasimində əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Mərasimin moderatoru, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş Xocalı soyqırımının 26-cı ildönümü ərəfəsində işıq üzü görən “Xocalı şahidləri danışır” kitabının əhəmiyyətindən söhbət açıb. Bildirib ki, Xocalı faciəsinin canlı şahidlərinin kitabda toplanmış xatirələri xüsusi önəm daşıyır. O.Səmədov Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördükləri işlərdən danışıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov çıxış edərək Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasətin ağır nəticələrindən bəhs edib. Diqqətə çatdırıb ki, Ermənistan Azərbaycana qarşı bir əsrdə dörd dəfə ərazi iddiası qaldırıb. Ermənistan “böyük Ermənistan” yaratmaq xülyası ilə torpaqlarımıza göz dikib. Qeyd edib ki, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov kitaba yazdığı ön sözdə bu hadisələrin xronologiyasını, tarixi köklərini ətraflı şəkildə göstərib. G.Fərhadov tarixə nəzər salaraq deyib: “1805-ci ildə Dağlıq Qarabağın əhalisi 10 min 100 nəfər idi ki, onlardan 10 mini azərbaycanlı, 100-ü isə erməni olub. 1988-ci ildə Dağlıq Qarabağın əhalisinin sayı 189 min nəfər idi. Ermənilər Çar Rusiyasının düşünülmüş siyasəti nəticəsində İrandan və Osmanlı İmperiyasından Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağa və İrəvana köçürülüblər. Beləliklə, Dağlıq Qarabağda demoqrafik vəziyyət ermənilərin xeyrinə dəyişib. Bizim faciələrimiz də elə o zamandan başlayıb. Planlarını həyata keçirmək üçün ermənilər bir əsrdə yüzlərlə terror, kütləvi qətl hadisələri törədiblər”.
Xocalı soyqırımı barədə danışan dövlət komitəsinin sədr müavini bildirib ki, 1992-ci ildə keçmiş ittifaqın Xankəndidəki 366-cı motoatıcı alayının zirehli texnikasının köməyi ilə Xocalı mühasirəyə alındı, hər tərəfdən atəşə tutuldu və soyqırımı törədildi. Ermənilər deyirlər ki, bu, təsadüfi soyqırımıdır. Ancaq bu, planlı fəaliyyət idi, Xocalını tamamilə yer üzündən silmək, xocalılıların hamısını məhv etmək məqsədi güdürdü. Bu vəhşilik XX əsrin sonunda, dünyanın bu cür inkişaf etdiyi bir vaxtda bəşəriyyətin gözü qarşısında baş verib. Bəşəriyyət isə buna susub. Bu, bəşəriyyət üçün qara ləkədir, utancdır.
Milli Məclis sədrinin müavini Bahar Muradova çıxış edərək bildirib ki, bu gün insan cildində olub, həm tarixi mərhələlərdə, həm də indiki zamanda insanlıq əleyhinə vandalizm aktları törədən bəzi varlıqlar bəlkə də özlərini günün və o hadisələrin qəhrəmanı hesab edirlər. Amma vaxt gələcək ki, onlar bu hadisələrə görə məhz məhkum kimi cavab verəcəklər. Bu gün təqdimatı keçirilən bu kitab, onun hər səhifəsi, bu kitabın ərsəyə gəlməsi üçün zəhmət çəkən insanlar, xüsusilə bu müsahibələri həmin günlərin şahidlərindən götürmüş həmvətənlərimiz, öz həyatının ən qanlı, unudulmaz səhifələrini böyük dəhşətlər içərisində danışan insanlar və onların dilindən çıxan hər kəlmə zaman gələcək ermənilərə qarşı ittiham aktının tərkib hissəsi olacaq. “Hesab edirəm ki, bu cür kitabların bu gün yazılması çox vacibdir. Biz bu hadisələri qələmə almaqla onları tarixi fakta çeviririk. Hesab edirəm ki, bu kitab qanlı Xocalı soyqırımını törədənlərin tarixi məhkəməsinin qurulması üçün bir mənbə rolunu oynayacaq”, - deyə B.Muradova əlavə edib.
Milli Məclisin sədr müavini deyib ki, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bu gün çox böyük işlər görülür. Əlbəttə, Azərbaycan dövləti, Prezidenti, cəmiyyəti, müxtəlif təşkilatlar, dövlət qurumları, o cümlədən Milli Məclis və onun beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyət göstərən nümayəndə heyətləri bu istiqamətdə əlaqəli iş aparırlar. Kitabda əksini tapan beynəlxalq sənədlərin Avropa Şurasında, ATƏT-də, İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq qurumlarda qəbuluna nail olunub ki, bu, Azərbaycanın diplomatik səylərini, ədalət uğrunda mübarizə aparmaq imkanlarını genişləndirir və ən əsası tarixi qiymətin verilməsi üçün vacib rol oynayır.
Milli Məclisin mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov kitabda toplanan materialların əhəmiyyətindən danışıb. O deyib ki, Xocalı soyqırımını törədənlər gec-tez mütləq öz layiqli cəzalarını alacaqlar. Əminəm ki, Xocalı şahidlərinin ağrı-acılarını, iztirablarını əks etdirən bu kitabdan gün gələcək hüquqi bir sənəd kimi beynəlxalq səviyyədə istifadə ediləcək.
Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində mühüm işlərin görüldüyünü deyib. Kitabın əhəmiyyətindən danışan icra başçısı bildirib ki, kitabda 200 il ərzində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları, ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi, onların terror təşkilatları yaratmaları barədə faktlar yer alıb.
Mərasimdə çıxış edən Xocalı sakini Mehriban Əliyeva qeyd edib ki, faciədən 26 il keçməsinə baxmayaraq xocalılılara bu barədə danışmaq çox çətindir. Lakin biz bu acı xatirələrimizi, dərdimizi danışmalı, haqq səsimizi beynəlxalq ictimaiyyətə çatdırmalıyıq. O, Xocalı soyqırımının tarixi, ermənilərin dinc insanlara, xüsusən də qadınlara, uşaqlara qarşı vəhşilikləri barədə söhbət açıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov Xocalı soyqırımının 26-cı ildönümü ərəfəsində belə bir kitabın təqdimatının keçirilməsinin əhəmiyyətindən danışıb. Xocalı faciəsi barədə həqiqətlərin bütün dünyaya çatdırılması üçün bu kitabın müxtəlif dillərə tərcümə olunmasının vacibliyini diqqətə çatdırıb.
Milli Məclisin deputatı Rafael Cəbrayılov bildirib ki, “Xocalı şahidləri danışır” kitabı Xocalı soyqırımının tanıdılması, gələcək nəsillərə bu xatirələrin ötürülməsi və yaddaşların təzələnməsi istiqamətində mühüm addımdır. Xocalı soyqırımı bir əsrdən artıq ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı zəncirinin bir həlqəsidir.
“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov kitab haqqında fikirlərini bölüşərək bildirib ki, Xocalı soyqırımı ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir. B.Sadıqov qeyd edib ki, bu gün Azərbaycan dövləti Ermənistanın cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görür.
Mərasimə yekun vuran Bilik Fondunun icraçı direktoru Oktay Səmədov vurğulayıb ki, XX əsrin ən böyük faciəli hadisələrindən biri kimi şüurumuza, ruhumuza hopmuş Xocalı qətliamı təkcə azərbaycanlılara qarşı deyil, ümumilikdə bütün bəşəriyyətə qarşı törədilən cinayətdir. Bu cinayəti törədənlərin insanlığa qənim kəsildiyini isə təkcə tarixi sənədlər deyil, həm də faciənin canlı şahidi olmuş soydaşlarımızın xatirələri sübuta yetirir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib
20.11.2018
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq
20.11.2018
Qarakənd səmasında baş vermiş faciədən 27 il keçir
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info