UNEC-in gənc müəllimləri Türkiyədə Xocalı soyqırımından bəhs ediblər
Tarix: 23.02.2018 | Saat: 01:26:00 | E-mail | Çapa göndər


UNEC ilə Türkiyənin İstanbul Sabahattin Zaim Universiteti Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı birgə konfrans keçirib. İstanbul Sabahattin Zaim Universitetində təşkil edilən konfransın iştirakçıları öncə soyqırımı əks etdirən foto sərgi ilə tanış olublar. Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. UNEC Gənc Müəllimlər Şurasının İdarə Heyətinin sədri Səbuhi Tanrıverdiyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərindən bəhs edib. Şuranın üzvü Yalçın Köçərli “Xocalı soyqırımı: hadisələrin xronologiyası” mövzusunda çıxış edib. O, Xocalıda baş verənlərin soyqırımı olduğunu tarixi faktlar və beynəlxalq hüquq prinsipləri ilə əsaslandırıb. UNEC Gənc Müəllimlər Şurasının digər üzvü Söhrab İsayev isə Azərbaycanın Ermənistanla müharibədə itkilərinin iqtisadi qiymətləndirilməsindən söz açıb. Natiqlər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası barədə ətraflı məlumat veriblər. Bu qanlı cinayətə beynəlxalq birliyin biganə qaldığını vurğulayan UNEC-in gənc müəllimləri, Türkiyənin hər zaman olduğunu kimi, Xocalı soyqırımı günlərində də Azərbaycanın yanında olduğunu bildiriblər. İstanbul Sabahattin Zaim Universitetinin İşlətmə fakültəsinin dekanı, Dr.İbrahim Güran Yumuşak qətliamın təkcə Azərbaycana qarşı deyil, bütün türk dünyasına qarşı yönəldiyini qeyd edərək, ermənilərin tarixi türk düşmənçiliyindən danışıb. Konfransda iştirak edən İstanbul Sabahattin Zaim Universitetinin müəllim və tələbələri 26 il əvvəl Xocalıda hücuma məruz qalan Azərbaycan xalqının kədərinə şərik olduqlarını bildirərək, bu soyqırımını insanlığa qarşı törədilmişən ağır cinayət adlandırıblar.
Anar




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Bayram günlərində əhali fasiləsiz nəqliyyat və rabitə xidmətlərilə təmin ediləcək
19.03.2019
Azərbaycan beynəlxalq statuslu turist bələdçiləri hazırlayacaq
18.03.2019
“Bakcell” gənc developerlər üçün məzun gecəsi keçirib
18.03.2019
“Sağlamlıq-2018” Respublika Spartakiadasının qalibləri mükafatlandırılıb
18.03.2019
Novruz bayramı türkdilli xalqlarda etno-mədəni hadisədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10698

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info