«Münasibətlərimiz dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanır»
Tarix: 28.05.2013 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidentini təbrik edib: “Hörmətli İlham Heydər oğlu! Sizi Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm. Sizin ölkəniz sosial-iqtisadi, elmi-texniki və mədəni inkişaf yolunda sanballı uğurlar qazanmışdır. Azərbaycanın beynəlxalq məsələlərdə fəal rolu hamı tərəfindən qəbul edilmişdir.
Rusiya-Azərbaycan münasibətləri tarixən dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanır. Əminəm ki, birgə səylərimizlə konstruktiv siyasi dialoqun, müxtəlif sahələrdə praktiki əməkdaşlığın daha da genişlənməsini təmin edəcəyik. Şübhəsiz, bu, xalqlarımızın firavanlığına, həmçinin regional sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə şərait yaradacaqdır. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və bütün işlərinizdə uğurlar, Azərbaycan Respublikasının vətəndaşlarına firavanlıq və rifah arzulayıram”. Qeyd edək ki, Yaponiya İmperatoru Akihito, İsveç Kralı Karl Qustav, Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə, Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rus, Niderland Kralı Villem-Aleksandr, Filippin Respublikasının Prezidenti III Beniqno Akino, Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrike Penya Nieto, Malta Respublikasının Prezidenti Corc Abela, Maldiv Respublikasının Prezidenti Məhəmməd Vahid, İtaliya Prezidenti Ciorcio Napolitano da dövlət başçısını təbrik ediblər.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10480

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info