İsa Həbibbəyli: “Xocalı soyqırımı ilə bağlı yeni əsərlərin yazılması vacibdir”
Tarix: 23.02.2018 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları akademiyanın foyesində Xocalı soyqırımına həsr edilən rəsm və kitab sərgisi ilə tanış olublar. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan xalqının başına gələn tarixi faciələrdən, Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdiyi cinayətlərdən söz açıb. Bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymətin yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra verildiyi bildirilib.
Akademik qeyd edib ki, Xocalı soyqırımının və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırlılması Prezident İlham Əliyevin xarici siyasətinin tərkib hissəsini təşkil edir. Bu faciənin digər ölkələr tərəfindən tanıdılmasında Heydər Əliyev Fondunun mühüm xidmətləri olub. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” kampaniyasının uğurla aparılması sayəsində artıq bir sıra ölkələrdə Xocalı faciəsi soyqırımı aktı kimi tanınır.
İ.Həbibbəyli AMEA-da azərbaycanlılara qarşı soyqırımların tədqiqi istiqamətində görülən işlər barədə məlumat verib. Bildirilib ki, alimlər tərəfindən bu faciənin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Xocalı soyqırımı ilə bağlı Azərbaycan ədəbiyyatında bir sıra əsərlərin yazıldığını bildirən İ.Həbibbəyli bu mövzuda yeni əsərlərin yazılmasının vacibliyini diqqətə çatdırıb. AMEA-nın vitse-prezidenti belə əsərlərin beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı barədə daha ətraflı məlumatlandırmaq baxımından böyük əhəmiyyətə malik olduğunu deyib.
Sonra institutun müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, dosent Mərziyyə Nəcəfovanın “Xocalı soyqırımı: qəlblərdə, duyğularda, ədəbiyyatda” mövzusunda məruzəsi dinlənilib. Xocalı hadisələrinin canlı şahidi, institutun türk xalqları ədəbiyyatı şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Fəridə Vəliyeva və başqaları bu soyqırımını insanlığa qarşı törədilmiş ən ağır cinayət adlandırıblar. Tədbirdə Xocalı soyqırımına həsr edilmiş film nümayiş olunub.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info