Qoşqar zirvəsinə yürüş keçiriləcək
Tarix: 23.02.2018 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


23 fevral 2018-ci il tarixdə Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar M.Ə.Rəsulzadə Bələdiyyəsində Everest İdman Klubunun İdarə Heyətinin üzvləri ilə görüş keçirildi. Görüşdə M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, bələdiyyə üzvləri və Everest İdman Klubu sədrinin birinci müavini Araz Əsgərov, klubun ictimaiyyətlə əlaqələr üzrə icraçısı Emin Mirzəyev iştirak etdilər. Görüşdə M.Ə.Rəsulzadə Bələdiyyəsi və Everest İdman Klubunun təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Qoşqar zirvəsinə yürüş edilməsi müzakirə olundu. Görüşdə M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov çıxış edərək Xocalı soyqırımının Azərbaycan xalqı üçün böyük faciə olduğunu bildirirdi. Bu tarixin unudulmamasının, gələcək nəslin qan yaddaşımızı hər zaman xatırlamasının vacibliyini vurğuladı. Bu məqsədlə də Everest İdman Klubu ilə birlikdə Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Qoşqar zirvəsinə yürüşün şərəfli addım olduğunu qeyd etdi. Bələdiyyə sədri Xocalı soyqırımı qurbanlarının anımı məqsədilə ediləcək yürüşdə iştirakçılara uğurlar arzulıdı. Sonra Everest İdman Klubu sədrinin birinci müavini Araz Əsgərov çıxış edərək Xocalı soyqırımı qurbanlarının yad edilməsinin vacibliyini vurğuladı və M.Ə.Rəsulzadə Bələdiyyəsinə verilən dəstəyə görə təşəkkürünü bildirdi. Görüşdə digər təşkilati məsələlər barədə müzakirələr aparıldı. Qeyd edək ki, M.Ə.Rəsulzadə Bələdiyyəsi və Everest İdman Klubunun təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Qoşqar zirvəsinə ediləcək yürüş 24-25 fevral tarixlərində həyata keçiriləcək.

Fuad




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb
13.11.2018
Heydər Əliyev Beynəlxalq Aeroportu 3,8 milyon sərnişinə xidmət göstərib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info