BANM Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu ilə əməkdaşlıq edəcək
Tarix: 23.02.2018 | Saat: 20:13:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MGİMO) nümayəndə heyəti ilə görüşüb.
BANM-dən bildirilib ki, görüş zamanı iki tanınmış ali təhsil müəssisəsi arasında gələcəkdə nəzərdə tutulmuş əməkdaşlıq istiqamətlərinin detalları müzakirə olunub və buna dair anlaşma memorandumu imzalanıb.
Tədbirdə rektor Elmar Qasımov MGİMO-nun fəaliyyətini yüksək qiymətləndirib və bu ali məktəbin məzunlarının hər zaman seçildiklərini və uğurlu şəxsiyyət olduqlarını bildirib. Daha sonra rektor qonaqlara BANM-in tarixi, fəaliyyəti və uğurları barədə məlumat verib.
MGİMO-nun ümumi işlər üzrə prorektoru Malgin Artem isə çıxışında BANM-in qısa dövrdə əldə etdiyi uğurları yüksək qiymətləndirib.
Qonaqlar görüşün sonunda BANM-in yeni kampusunu gəzərək buradakı yüksək texnoloji laboratoriyalar, tam təchiz edilmiş müasir auditoriyalar və idman kompleksi ilə tanış olublar.
Nigar




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Hərbi xidmətini başa vurmuş gənclərin Kürdəmirdə təntənəli qarşılanması mərasimi keçirilib
25.04.2019
Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan olunub
25.04.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Buzovnadakı 229 saylı uşaq bağçasında, Mərdəkandakı gimnaziyada və 32 saylı Laçın rayon məktəbində mövcud şəraitlə tanış olub
25.04.2019
“Bakcell” Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 yarışına hazırdır
25.04.2019
Azərbaycanda “İKT-də qızlar“ günü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
3 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
4 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info