MEK-də Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş sərgi açılıb
Tarix: 23.02.2018 | Saat: 21:47:00 | E-mail | Çapa göndər


AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərgi salonunda Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı sərgi açılıb.
Sərgidə Xocalı soyqırımı haqqında yazılmış kitablar nümayiş olunur. Müxtəlif dillərdə sərgilənən kitablarda Xocalı gerçəkləri, soyqırım həqiqətləri əks olunub. Sərgidə kitabxananın fondlarında olan “Xocalı XX əsrin soyqırımı”, “Azərbaycan faciələrinin təqvimi”, “Genosid”, “Xocalı soyqırımı şahidlərin dilindən”, “Ermənistanın Azərbaycana təcavüzü və dünya siyasəti”, “Azərbaycan türklərinin Ermənistandan deportasiyası”, “Terror haqqında həqiqətlər”, “Azərbaycan faciələrinin təqvimi”, “Qarabağ”, “Ermənilər və həqiqət”, “Карабахский геноцид: Обреченный Ходжалы" və digər kitablar, fotoşəkillər nümayiş olunur.
Sərgidə eyni zamanda Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının Azərbaycan-Ermənistan münaqişəsinin 22 fevral 2018-ci il tarixinə olan məlumat, həmçinin Xocalı faciəsi haqqında yerli və dünya mediasında əks olunmuş materiallar da yerləşdirilib.
Sərgi mayın 31-dək davam edəcək.
Qeyd edək ki, Xocalı soyqırımı haqqında Mərkəzi Elmi Kitabxananın fondlarında mövcud olan ədəbiyyat MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib. Faciənin qurbanları barədə məlumatlar isə MRY bazası daxilində yaradılmış “20 yanvar”, Aprel döyüşü şəhidləri, Azərbaycanın milli qəhrəmanları və digər mühüm hadisələrə aid statistikaların əks olunduğu “Siyahılar” kateqoriyasında yerləşdirilib. Bu məlumatlar eyni zamanda Vikipediyada da yerləşdirilib. Xatırladaq ki, MEK-in Milli Rəqəmsal Yaddaş layihəsinin məqsədi Azərbaycanın qədim mədəniyyəti, tarixi, bəşəriyyətin inkişafına verdiyi töhfələr barədə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda mövcud olan bütün məlumatları toplamaq, sistemləşdirmək, rəqəmsallaşdırmaq, elektron kataloqa salmaq, arxivləşdirmək, yerli və dünya oxucusunun, tədqiqatçılarının istifadəsinə verməkdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info