Dövlət Komitəsinin sədri İİR-nın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb
Tarix: 23.02.2018 | Saat: 21:56:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 23-də Azərbaycanda səfərdə olan İran İslam Respublikası Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Əbuzər İbrahimi Türkmən ilə görüşüb.
İki ölkə arasında münasibətlərin dinamik inkişaf etdiyini bildirən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dövlət başçılarının qarşılıqlı səfərlərinin və mötəbər tədbirlərin keçirilməsinin əlaqələrin yüksək səviyyədə olmasının bariz nümunəsi olduğunu vurğulayıb. Azərbaycanla İran arasında bütün sahələrdə olduğu kimi, din və mədəniyyət sahəsində də səmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd edib.
Ötən ilin ölkəmizdə Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan olunduğunu diqqətə çatdıran Mübariz Qurbanlı bu çağırışın dövlətimizin İslam birliyinə olan həssas münasibətinin göstəricisi olduğunu deyib. Bu çərçivədə ilk beynəlxalq konfransın “İslam Həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” mövzusunda Tehranda keçirildiyini bildirən Komitə sədri tədbirin əhəmiyyətinə toxunub. O, dinlər və sivilizasiyalararası dialoq formatında nəzərdə tutulan bu prosesin davamlı xarakter daşıdığını və bu il də davam etdiriləcəyini bildirib.
Görüşdə Komitə sədri dinə dövlət qayğısından danışarkən bildirib ki, buna əyani sübut olaraq ölkəmizdə Prezident İlham Əliyev tərəfindən Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutu yaradılıb. Qeyd edib ki, Fond Azərbaycanda mövcud dini konfessiyaların fəaliyyətlərinin dəstəklənməsi, mənəvi dəyərlərin qorunması və inkişafı, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərir.  O, İnstitutun yaradılmasını dini-mənəvi mühitin qorunub saxlanılması və inkişaf etdirilməsinə, bu sahə üzrə ixtisaslı milli kadrların hazırlanmasına mühüm töhfə adlandırıb.
Səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirən İran İslam Respublikası Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Əbuzər İbrahimi din və mədəniyyət üzərində qurulan əlaqələrin daha da genişlənməsinin vacibliyindən danışıb. Qeyd edib ki, dövrümüzdə islami dəyərlərin olduğu kimi təbliğ və təşviq edilməsinə, dinimiz haqqında mənfi imicin aradan qaldırılmasına ciddi ehtiyac yaranıb. Ə.İ.Türkmən bu istiqamətdə dövlətimiz tərəfindən atılan addımları yüksək qiymətləndirib. Azərbaycanda Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasından məmnunluğunu ifadə edib, qurumlara fəaliyyətlərində uğurlar arzulayıb.
Görüşün sonunda qonağa Azərbaycanın tolerantlıq mühitini, multikultural dəyərlərini, eyni zamanda işğal edilmiş ərazilərimizdəki dini ibadətgahlara qarşı edilən erməni vandalizmini əks etdirən kitablar hədiyyə edilib.
Qeyd edək ki, görüşdə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, sədr müavinləri Səyavuş Heydərov, Gündüz İsmayılov və İran İslam Respublikasının ölkəmizdəki Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi, eləcə də nümayəndə heyətinin digər üzvləri də iştirak ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info