“Orduxanlar” Xocalı faciəsi ilə bağlı niyə aksiya keçirmirlər?
Tarix: 24.02.2018 | Saat: 00:07:00 | E-mail | Çapa göndər


Tural Tağıyev |

Ötən il xarici ölkələrə siyasi mühacir kimi üz tutanların çoxunun Azərbaycanda müxalifət partiyalarından saxta sənədlər alması barədə faktlar üzə çıxmışdı ki, bu barədə silsilə yazılar da yazdıq. Qısa olaraq xatırlatma edək ki, əsasən, AXCP sədri Əli Kərimlinin əli ilə baş tutan bu proseslərdə müxalifət rəhbərləri daha çox qazanırdılar. Onlar Avropada rahat həyat axtaranlara saxta partiya biletləri satır, həmin şəxslər isə mitinqlərdə öz fotolarını çəkərək Azərbaycandan “qaçırdılar”.
Əslində isə Avropa ölkələrində onları vəd olunan rahat həyat yox, riskli, geri qaytarılma ehtimalı böyük olan və köhnə binalarda, 3-4 nəfərlik otaqlarda yaşam tərzi gözləyirdi. Görünür, bu səbəbdəndir ki, artıq siyasi mühacir adı ilə ölkədən “qaçan” şəxslərin çoxu Avropaya gedəndən bir müddət sonra vətəndaşlıq ala bilməyəcəyini görüb, birbaşa radikal siyasi fəaliyyətə keçib. Bunların içində beş il əvvəl də gedən var, iki il əvvəl də, bir il əvvəl Avropaya üz tutan da. Məsələnin ən iyrənc və maraq doğuran tərəfi isə odur ki, bu adamların çoxu hədsiz dərəcədə savadsız olmaları ilə yanaşı, hakimiyyətlə deyil, birbaşa ölkələri ilə mübarizəyə qalxıblar. Yəni sənin mübarizən siyasi hakimiyyətlədirsə, sən ortaya tənqidi faktlar qoyub, konkret siyasi mülahizələrinlə çıxışlar etməli, tədbirlər təşkil etməlisən. Amma görünən mənzərə nədir? Bir qrup savadsız gənc və siyasi sığınacaqlarının bir neçə il də uzadılmasını qarantiləmək üçün onlara qoşulan şəxslər Avropanın ayrı-ayrı şəhərlərində aksiya keçirərək, səviyyəsiz bir şəkildə müəyyən hərəkətlərə yol verirlər, ölkədə keçiriləcək seçkiləri tənqid yox, təhqir edirlər! Hətta iş o yerə çatıb ki, bu adamlar xalqın sevimli ziyalıları, mədəniyyət xadimlərini də hədəfə almağa başlayıblar... Təbii ki, o ölkələrdə yaşayan Azərbaycan düşmənləri də bu görüntülərdən, aksiyalardan sevinməyə bilməzlər. Hətta mən deyərdim ki, bəlkə də artıq bir çox Avropa ermənisi bu iyrənc aksiyaları çəkərək millətimizi, ölkəmizi lağa qoymağa başlayır ki, baxın bunlar necə bir gənclik yetişdiriblər? Əslində isə bu 3-5 nəfər şəxs Azərbaycan gəncliyinin siması ola bilməz! Azərbaycan gəncliyinin siması bu yaxınlarda öz kəşfi ilə ABŞ prezidentinin qızını heyrətləndirən Reyhan Camalovadır. Ötən il Avropa çempionu olaraq Azərbaycanın necə zəka sahiblərinə malik olduğunu göstərən şahmatçılarımızdır, döyüş meydanında yüzə yaxın erməni ilə üz-üzə gəlib, ölümdən qorxmayan vətənpərvər Mübarizlər və sadalamadığımız minlərlə qəhrəmanlarımızdır! Xalq onları sevir, onların əməllərini öz övladlarına aşılayır. İndiki halda isə xaricdəki belə gənclərin fəaliyyəti öz ölkəsinin adına ləkə gətirməkdən başqa, bir şey deyil. Təsəvvür edin ki, sosial şəbəkələrin qəhrəmanına çevrilmək istəyən Orduxan adlı oyuncaq bir fiqurun bu günlərdə ermənilərin Xocalı soyqırımında günahı olmaması barədə fikirləri yayıldı. Bu adam aşkar şəkildə bildirir ki, ermənilər Xocalı faciəsini bilərəkdən törətməyiblər... Sual olunur, işğal faktorunu, Ermənistan prezidentinin belə, etiraf etdiyi qırğın faktorunu inkar edən bir adamın xaricdə keçirdiyi aksiyalar nə dərəcədə səmimi görünə bilər? Demək bu adam və onun ətrafına toplaşan bir neçə gənc məhz ermənilər, ya da onlara yaxın mərkəzlər, siyasi qüvvələr tərəfindən idarə olunurlar. Daha bir sual ondan ibarətdir ki, bu adamlar aktiv şəkildə göbələk kimi niyə birdən-birə ilin -günün bu vaxtı meydana çıxdılar və ən əsası da, çox pis bir formada mübarizə metodu seçdilər? Çünki prezident seçkilərini qəbul etməyən bəzi güclər onların hərəkətə keçmələri üçün düyməni basdılar. Bu oyunbazlar isə təhqiramiz aksiyaları ilə, guya, xalqa canıyananlıq etdiklərini göstərirlər. Erməninin əlinə işləməkləri bir yana, belə gənclərin böyük əksəriyyəti Avropaya ayaq basan kimi, milli-mənəvi dəyərlərimizi də ayaq altına alır. Dəfələrlə sübut olunub ki, daha tez oturum icazəsi almaq üçün bir çox mühacirlər dinlərini belə, dəyişirlər. Sonra da Avropada oturub gecə-gündüz mental dəyərlərimizi, İslamı lağa qoyurlar... Qısası, nə əməlləri, nə düşüncə tərzləri, nə siyasi baxışları, niyyət, tərbiyə, savad və mədəniyyətləri ilə, nə də səmimilikləri ilə seçilməyən bu “siyasi göbələklər”in bir müddət sonra öz ağalarına asan yem olub yox olacaqlarının şahidi olacağıq. Hələlik isə sosial şəbəkələrdə şou göstərməklə ağalarından daha çox maliyyə almağa çalışırlar. Görək, Xocalı soyqırımı ilə bağlı aksiyalar təşkil edib, Avropada insanlara ölkəmizin erməni terrorundan necə əziyyət çəkdiyini də göstərəcəklərmi? 31 martda oxşar aksiyalar keçirəcəklərmi? İşğal olunan hər bir rayonumuzla bağlı ayrı-ayrı tarixlərdə etiraz aksiyaları təşkil edəcəklərmi? Ya da Xocalı qırğınına rəhbərlik edən hansısa erməni siyasi rəhbərinin fotosunu aparıb bir yerdən asacaqlarmı? Təbii ki, etməzlər! Harada görünüb ki, bir el məsəlində olduğu kimi “it ona yem verən sahibinin əlini qapa?” . Əksinə, quyruq bulayar...
Bu xalq ötən əsrin 90-cı illərinin əvvəllərində belə savadsız, danışığını bilməyən, siyasi alverlə məşğul olan, intellektual cəhətdən yoxsul “Orduxanları”, “Həbib Müntəzirləri”, “Məhəmməd Mirzəli”ləri çox görüb. Belə düşüncə sahiblərinin vaxtilə yaratdığı xaotik vəziyyətdən insanlarımız çox əziyyət çəkiblər. İndiki halda isə cəmiyyətimiz onları və göstərdikləri iyrənc şouları qəbul eləmir, əskinə, hamıda ikrah hissi oyadır. İnsanlarımız yaxşını pisdən gözəl ayırd edə bilir... Bir el misalında deyildiyi kimi, “Elin gözü tərəzidir”.

Tural Tağıyev




 
Müəllifin son yazıları

08.08.2018 Etikasız mühacirlər...
30.03.2018 “Söyüş teatrı”nın aktyorları
06.02.2018 Müxalifətin “Facebook”dakı saxta profilləri...
10.01.2018 İpi xaricilərin əlində olanlar...
27.10.2017 AXCP-çilər niyə alternativ fikirdən qorxurlar?

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info