Türkiyə prezidenti ABŞ-a meydan oxudu
Tarix: 24.02.2018 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


“Menbiçi PYD/YPG terrorçularından təmizləyəcəyik, sonra “Fırat qalxanı” bölgəsini suriyalılar və Türkiyə üçün təhlükəsiz yerə çevirənən qədər davam edəcəyik. Bu yola baş qoyduq, başını bu yolda qurban etməyə hazır olan varsa, “bu da meydan” deyirik”

“Pentaqon rəsmisnin bu açıqlaması vicdansızlıq, əxlaqsızlıqdır”

“Afrin bölgəsindəki əsas yküsəkliklər terrorçulardan azad edilib. Ona görə də bundan sonra əməliyyat daha sürətlə gedəcək”


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Müdafiə Nazirliyinin sözçüsünün Türkiyə ordusunun keçirdiyi əməliyyat nəticəsində Suriyanın Afrin bölgəsində mülki şəxslərə ziyan dəyməsi barədə bəyanatına sərt reaksiya verib. Türkiyənin “Milliyət” nəşrinin məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Pentaqon rəsmisnin bu açıqlaması vicdansızlıq, əxlaqsızlıqdır. Türkiyə prezidenti qeyd edib ki, ABŞ Suriyada Şərqi Qutada hər gün yüzlərlə qadın, uşağın ölümündən narahat olmur, ancaq Afrində PKK terror təşkilatının Suriya qolu PYD/YPG-nin terrorçularının məhv edilməsindən narahatlıq keçirir: “Biz mülki şəxs və terrorçuları ayırmasaydıq, Afrinə tam nəzarət çoxdan təmin edilmişdi. Biz onları əvvəlcə özlərinin təlim keçdikləri terrorçuların qətl etdikləri, evlərindən qovduqları mülki şəxslərə sahib çıxmağa çağırırıq. Biz terrorçulara dəstəyə görə onları qınamaqdan utandıq, ancaq onlar hələ utanmırlar. ABŞ-da bir qurumun dediklərini o biri qurum təkzib çatır. Məsələn, biz Menbiçlə bağlı çoxsaylı sənəd və görüntüləri önlərinə qoyanda bizim haqlı olduğumuzu deyirlər, ancaq bizimlə görüşdən sonra yenə yalanlar söyləyirlər. Bizi terror təşkilatına pulu, silahı kimin verdiyi maraqlandırır. ABŞ dövlət büdcəsindən terrorçulara 500 milyon dollar dəstək verəndə onlara haqlı olduqlarını deyəcəyik?! Bu yay həm terrorçular, həm də onları dəstəkləyənlər üçün çox isti keçəcək. Öncə Menbiçi PYD/YPG terrorçularından təmizləyəcəyik, sonra “Fırat qalxanı” bölgəsini suriyalılar və Türkiyə üçün təhlükəsiz yerə çevirənən qədər davam edəcəyik. Bu yola baş qoyduq, başını bu yolda qurban etməyə hazır olan varsa, “bu da meydan” deyirik”. Ərdoğan daha sonra deyib ki, Türkiyə Suriya və İraqdakı qeyri-sabitlik nəticəsində 3 milyon miqranta ev sahibliyi edir: “Qısa müddətdə bu ölkələrdə sabitliyin yaranacağına ümid bəsləsək də, Suriyada qeyri-sabitlik artdı, Suriyadakı terrorun torpaqlarımıza çatdığını gördük”. O bildirib ki, “Fırat qalxanı” əməliyyatı ilə 2 min kv.km ərazi “İŞİD” terrorçularından təmizlənib, 140 min suriyalı torpaqlarına qayıdıb: “İllərlə Türkiyəni terrorla sıxışdırmağa çalışanlara verdiyimiz bu reaksiya bizim yeni həmlələrimizin də önünü açıb. Suriyada Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün apardığımız "Zeytun budağı" əməliyyatı 35-ci günə qədəm qoyub. İndiyə qədər əməliyyat çərçivəsində 1873 terrorçu məhv edilib, 415 kv.km ərazi nəzarətə götürülüb. 1000 kənd terrorçulardan təmizlənib. Bizim əsas məqsədimiz nədir? Ölkəmizdə 3 milyon suriyalı var, əsas məqsədimiz bu insanların torpaqlarına qayıtmasını təmin etməkdir”. Türkiyə prezidenti qeyd edib ki, indiyə qədər Afrin bölgəsindəki əsas yküsəkliklər terrorçulardan azad edilib: “Ona görə də bundan sonra əməliyyat daha sürətlə gedəcək. Təbii ki, hava şəratinin qeyri-sabit olması amili də müəyyən rol oynaya bilər. İnşallah, ən qısa müddətdə Afrin şəhəri mühasirəyə alınacaq, terrorçulardan təmizlənəcək”.
Anar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”
10.11.2018
Angela Merkel antisemitizmin artmasına görə narahatdır

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info