“ Böyük əfv gözlənilir“
Tarix: 24.02.2018 | Saat: 00:51:00 | E-mail | Çapa göndər


Milli Məclisin növbəti iclası keçirilib. İclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim edib.Əvvəlcə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında” sazişlərin təsdiq edilməsi barədə qanun layihələrinə baxılıb.Sonra deputatlar Miqrasiya, İnzibati Xətalar məcəllələrində, “Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Yeyinti məhsulları haqqında”, “Standartlaşdırma haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Yol hərəkəti haqqında”, “Dövlət rüsumu haqqında”, “Azərbaycan avtomobil yolları - 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrini nəzərdən keçirilib. İclasda, həmçinin “Standartlaşdırma haqqında” və “Texniki tənzimləmə haqqında” qanun layihələri müzakirə olunub.

Oqtay Əsədov: “Avropa Parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat hazırlanır”

“Bu yaxınlarda ölkədə böyük həcmli əfv sərəncamının verilməsi gözlənilir”. Bunu Milli Məclisin iclasında spiker Oqtay Əsədov deyib. “Bununla bağlı hazırda ciddi işlər gedir. Düzdür, bu, Prezidentin səlahiyyətində olan məsələdir, amma deyə bilərəm ki, bu yaxınlarda böyük əfv sərəncamı gözlənilir”, - deyə o qeyd edib.
İclasında deputat Şahin İsmayılov bildirib ki, Ermənistan məktəblərində Xocalı soyqırımı, Ermənistanın Azərbaycanı işğal faktı və Azərbaycanda millətlərin birgə yaşayışı ilə bağlı yanlış təbliğatlar aparılır.O qeyd edib ki, rəhbərlik etdiyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı bununla bağlı araşdırma aparıb və faktlar tapıb.Spiker Oqtay Əsədov ondan faktları təqdim etməsini xahiş edib: “Xocalı soyqırımı ilə bağlı beynəlxalq səviyyədə işlərə başlamışıq, bu faktlar bizə lazım olacaq”.
O. Əsədov əlavə edib ki, Avropa parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat hazırlanır.

Əli Hüseynli: “Cəzaların humanistləşdirilməsi ilə bağlı qanun layihəsinə əsasən 1500-ə yaxın məhkum azad ediləcək”

Milli Məclisdə Prezidentin ötən il imzaladığı cəzaların humanistləşdirilməsi ilə bağlı sərəncamına əsasən qanunvericilikdə bir sıra cəzaların dekriminallaşdırılmasından sonra qanunvericiliyin icrasına münasibət bildirilib.
MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxışında bildirib ki, cəzaların humanistləşdirilməsi ilə bağlı qanun layihəsinin mahiyyətinə görə 15 cinayət dekriminallaşdırılırdı, 300-ə yaxın əlavə və dəyişiklik mövcud idi.
Komitə sədri qeyd edib ki, bu layihədə 52 cinayətdə zərərçəkmiş şəxslə barışmaq, mülkiyyət əleyhinə və iqtisadi sahədə cinayətlərlə bağlı ziyanın müvafiq olaraq bir neçə misildə ödənilməsi şərti cəzadan azad etmə yer alırdı: “Ötən il dekabr ayının 1-dən qüvvəyə minən bu dəyişiklikləri layihəsinə əsasən indiyə qədər icra ilə bağlı vəziyyət belədir: Bu günə qədər məhkəmələrə qanunun tətbiqi ilə əlaqədar 4 000-dən artıq təqdimat göndərilib. Bu təqdimatlara əsasən 479 məhkum həbsdən azad-azadlıqdan məhrum etmə cəzasından azad edilib. 585 məhkumun azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılıb. 465 məhkum isə, hansı ki, azadlıqdan məhrumetmə cəzasına yox, digər cəzalara məhkum olunub, onlar da azad ediliblər. 59 məhkumun isə cəzaçəkmə rejimi dəyişdirilib, yəni yüngülləşdirilib.
Hazırda məhkəmələrdə qanunun tətbiqi ilə bağlı daha 1700 təqdimat var. Daha 5000 məhkum barəsində də təqdimat nəzərdə tutulur.
Beləliklə, ümumilikdə bu qanunun tətbiqi ilə bağlı proqnoz ondan ibarətdir ki, daha 1500 yaxın məhkum azad ediləcək, minlərlə məhkumun cəzaları bu və ya digər formada yüngülləşdiriləcək. Xatırlayırsınızsa, amnistiya ilə bağlı qanunları da qəbul edərkən rəqəmlər təxminən buna oxşar olurdu. Beləliklə, birmənalı şəkildə demək mümkündür ki, Prezidentin bir il bundan əvvəlki sərəncamına əsasən qanunun tətbiqi ilə bağlı vəziyyət təxminən amnistiya haqqında qanunun tətbiqinə bərabərdir. Cəzaların humanistləşdirilməsi ilə bağlı qanunun tətbiqini amnistiya səviyyəsində qiymətləndirmək mümkündür”.

Siyavuş Novruzov
: "Azərbaycanda siyasi məhbus yoxdur"

Milli Məclisin dünənki iclasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bəzi kütləvi informasiya vasitələrindən narazılıq edib. O qeyd edib ki, müəyyən mətbuat orqanları yanlış məlumatlar yayır: “Bir daha bəyan edirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur. Yeni Azərbaycan Partiyasının siyasəti bundan ibarətdir ki, Azərbaycanda heç bir şəxs siyasi baxışına görə məsuliyyətə cəlb olunmayıb”.
O qeyd edib ki, YAP iqtidara gəldiyi dövrdən belə bir proses olmayıb, hər bir şəxs törətdiyi cinayətə uyğun məsuliyyətə cəlb olunub: “İstər YAP üzvü olsun, istər digər partiyanın, bu, onu törətdiyi əməldən sığortalamır. Bir daha bəyan edirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur”.
Məsələyə münasibət bildirən spiker Oqtay Əsədov da qeyd edib ki, son dövrlər bəzi mətbuat orqanlarında müəyyən məsələlər təhrif olunur.

Standartlaşdırma üzrə milli proqram hazırlanacaq

Milli Məclisin plenar iclasında “Standartlaşdırma haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. 6 fəsil, 27 maddədən ibarət qanun layihəsi standartlaşdırmanın məqsəd və prinsiplərinin, standartlaşdırma sahəsində normativ sənədlərin hazırlanması, qəbul edilməsi və tətbiqi prosesinin, standartlaşdırma fəaliyyətlərinin maliyyələşdirmə mənbələrinin, standartlaşdırma sahəsində beynəlxalq əməkdaşlıq məsələlərinin və standartlaşdırma subyektlərinin bu sahədə fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir.
Qanun layihəsinə əsasən, bu qanun standartlaşdırma sahəsində əlaqələri tənzimləyir və bu sahədə fəaliyyət göstərən bütün dövlət orqanlarına, fiziki və hüquqi şəxslərə şamil olunur. “Bu qanunun müddəaları malın (işin, xidmətin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin təhlükəsizliyinə dair məcburi tələblərin müəyyən edilməsinə, həmin məcburi tələbləri müəyyən edən normativ hüquqi aktlara, eləcə də bu normativ hüquqi aktlar üzrə aparılan məcburi uyğunluğun qiymətləndirilməsi məsələlərinə şamil edilmir. Bu qanun təhsil, dövlətin müdafiəsi, təhlükəsizliyi, insanların həyat və sağlamlığını, təhlükəsizliyi ilə bağlı məcburi standartlara şamil edilmir”, - deyə qanun layihəsində qeyd olunub.
Qanun layihəsinə əsasən, dövlət standartlarının hazırlanması işlərinin planlaşdırılması milli standartlaşdırma qurumu tərəfindən formalaşdırılan, təsdiq edilən və nəşr edilən 3 illik milli standartlaşdırma proqramı formasında həyata keçiriləcək. Standartlaşdırma üzrə milli proqram standartlaşdırma ilə əlaqəli olan normativ hüquqi aktların, texniki reqlamentlərin tələbləri, standartlaşdırma üzrə texniki komitələrin iş planları nəzərə alınmaqla hazırlanacaq. Milli standartlaşdırma proqramının forması, formalaşdırmaprosedurları, onlarda dəyişikliklərin edilməsi qaydası müvafiq icra hakimiyyəti tərəfindən müəyyən ediləcək.
Layihəyə əsasən, dövlət standartları “AZS” nişanı ilə nişanlanacaq. “Standartlaşdırma haqqında” qanun layihəsi I oxunuşda səsə qoyularaq təsdiq olunub. Qanun dərc edildiyi gündən 90 gün sonra qüvvəyə minəcək.

NigarAbdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib
24.09.2018
Ramil Usubov İranda səfərdədir
24.09.2018
Prokurorluğun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info