Xocalı soyqırımının 26-cı ildönümü İğdırda da qeyd olunub
Tarix: 24.02.2018 | Saat: 13:38:00 | E-mail | Çapa göndər


Azərbaycanın Qarsdakı baş konsulluğu, İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyi və İğdır Azərbaycan Evi Dərnəyinin birgə təşkilatçılığı ilə “Xocalıya ədalət!” devizi altında anım mərasimi keçirilib.
İğdırın mədəniyyət sarayında təşkil olunan mərasim Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səslənməsi ilə başlayıb. Sonra Xocalı şəhidlərinin ruhuna dualar oxunub.
Baş konsul Nuru Quliyev, İğdır vilayətinin valisi Ənvər Ünlü, Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal, İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar tədbirdə çıxış ediblər.
Çıxışlarda Xocalı soyqırımının törədilmə səbəbləri, dinc azərbaycanlı əhaliyə qarşı həyata keçirilən amansızlıq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələri, Xocalı soyqırımının dünyada tanıdılması, “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının mahiyyəti və bu kampaniya çərçivəsində görülən işlər barədə danışılıb. Əminliklə qeyd olunub ki, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin möhkəmlənməsi gələcəkdə belə halların baş verməməsi üçün əsasdır.
Toplantının panel hissəsində Türkiyənin Qazi Universitetinin müəllimi Cəmaləddin Taşburan və Azərbaycandan tarixçi alim Havva Məmmədova Xocalı soyqırımının səbəb və nəticələrinə dair fikirlərini bölüşüblər. Alimlər əsaslandırıblar ki, Xocalı soyqırımı təcavüzkar Ermənistan tərəfindən məqsədli şəkildə törədilib. Bu cinayət ermənilərin XIX əsrin sonlarından başlayaraq Azərbaycan və Türkiyə xalqlarına qarşı törətdikləri məqsədyönlü cinayətlərin davamı və ən amansızıdır.




 
Bölməyə aid digər xəbərlər
16.08.2018
Türkiyə iqtisadiyyatının güclü olması Almaniya üçün önəmlidir
18.06.2018
TANAP Azərbaycanın iqtisadi göstəricilərini möhkəmləndirəcək
13.03.2018
Braziliya mətbuatında Xocalı soyqırımı ilə bağlı məqalələr dərc olunub
05.03.2018
Kaliforniyada Xocalı qətliamının qurbanları anılıb
02.03.2018
“The Brussels Times” Xocalı soyqırımından yazır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info