Ermənistanın beynəlxalq ehtiyatları azalmaqda davam edir
Tarix: 24.02.2018 | Saat: 18:36:00 | E-mail | Çapa göndər


Ermənilərin milli valyutası-dramın məzənnəsi aşagı düşməyə dogru gedir.
Ölkə səlahiyyətliləri bunun qarşısını almaq üçün hər vasitədən yararlanmaga çalışırlar. Ermənistanda nəşr edilən "Joxovurd" qəzeti ölkənin beynəlxalq ehtiyatlarının azalması barədə məlumat yayıb. Mərkəzi Bankın hesablamalarına istinad edən qəzet bu ilin yanvar ayından etibarən Ermənistanın dövlət ehtiyatlarının 2 milyard 286,9 milyon dollar olduğunu və bunun ötən ilin dekabrı ilə müqayisədə 27 milyon dollar azaldığı barədə yazıb.
“Təbii ki, ilk baxışda bunun o qədər də böyük problem kimi dəyərləndirmək olmazdı. Lakin bu Ermənistan kimi cılız bir dövlət üçün böyük məbləgdir. Daha önəmlisi isə hakimiyyətin süni səylərlə dramın məzənnəsinin saxlanmasına dair əldə edilən sübutlardır. Bu gün hökumət maliyyə bazarında “böyük miqdarda” dollar satmaq hesabına dramı devalüasyondan qurtarmağa çalışır.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Ermənistanın sabiq baş naziri sonralar Mərkəzi Bankın sədri olmuş Tiqran Sarkisyan ölkənin qızıl ehtiyatlarını satışa çıxardığından, ermənilərin ehtiyatları uzun müddətdir ki, xarici valyuta şəklində saxlanılıb”. Bunlar da "Joxovurd" qəzetində yer alıb.
Agasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info