Tikinti materiallarının qiymətləri düşüb
Tarix: 28.05.2013 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin monitorinq qrupu tərəfindən 2013-cü ilin aprel ayında Bakı şəhərinin müxtəlif rayonları üzrə inşaat materialları bazarının əsas çəkisini təşkil edən 37 adda 87 növdə tikinti materialı üzrə növbəti araşdırılma aparılıb.
“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyindən Milli.Az-a verilən məlumata görə, aparılan təhlillərə əsasən, əsasən idxal materiallarında, xüsusilə dəmir və taxta məhsullarında əhəmiyyətli qiymət azalması müşahidə edilib. Qiymət fərqi daha çox Ukrayna istehsalı olan armatur (ötən aydakı 790 manata qarşı 760 manat olub), Rusiya istehsallı şveller, sink təbəqə və s.-də qeydə alınıb. Ötən ayda 1 kub.metri 235 manat olan taxta aprel ayında 2,1% ucuzlaşaraq əvvəlki 230 manat qiymətinə düşüb. Dikt və DVP materiallarında da cüzi qiymət azalması baş verib. Ötən ayla müqayisədə ən çox qiymət azalması İran istehsalı olan rəngli və rəngsiz şüşə məhsullarında qeydə alınıb.

Beləliklə, ümumilikdə ötən ay daha çox 18 adda, 59 növdə tikinti materialı üzrə qiymətlərdə azalma olub. Heç bir məhsul üzrə qiymət artımı müşahidə edilməyib.

Qiymət azalması ilə yadda qalan bəzi tikinti materialları aşağıdakı cədvələ uyğun olub:

s/s Materialın adı ölçü vahidi miqdarı orta qiymət
1 Taxta kub.m 1 -2,1
1 Dikt ədəd 1 -0,4
2 DVP ədəd 1 -0,7
3 Armatur ton 1 -3,3
4 Şveller metr 1 -0,4
5 Dəmir boru metr 1 -1,2
6 Sink təbəqə ədəd 1 -3,4
7 Şüşə kv.m 1 -13,5
8 Laminat-parket kv.m 1 -6,2

2013-ci ilin aprel ayında bazarda müşahidə edilən orta qiymət mart ayı ilə müqayisədə 2,61% azalma təşkil edib.

Ötən illə müqayisədə isə qiymət dəyişməsi 3,3% azalma ilə müşahidə edilib.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə
12.11.2018
Bakı rusiyalı turistlərin şopinqi üçün ən yaxşı şəhərdir
12.11.2018
Prezident Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info