Yanvarda hər bir ölkə sakini 75,4 manatlıq ödənişli xidmətlərdən istifadə edib
Tarix: 25.02.2018 | Saat: 13:45:00 | E-mail | Çapa göndər


Yanvar ayında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,3 faiz artaraq 737,5 milyon manata çatıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, hüquqi şəxslər tərəfindən əhaliyə 585,9 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətlərin ümumi dəyərinin 79,4 faizinə bərabərdir. İlin ilk ayında hər bir ölkə sakini orta hesabla 75,4 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 3,1 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
2017-ci ildə ölkənin əksər regionlarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyərində artım müşahidə edilib. Belə ki, 2016-cı illə müqayisədə Abşeron iqtisadi rayonu üzrə 4,0 faiz, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 3,3 faiz, Lənkəran, Dağlıq Şirvan və Quba-Xaçmaz iqtisadi rayonlarının hər biri üzrə 3,0 faiz, Aran iqtisadi rayonu üzrə 2,2 faiz, Naxçıvan Muxtar Respublikası üzrə 1,0 faiz, Gəncə-Qazax iqtisadi rayonu üzrə 0,2 faiz və Bakı şəhəri üzrə 0,7 faiz artım qeydə alınıb.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info