Qafqaz Universiteti ABŞ-ın nümayəndə heyətini qəbul edib
Tarix: 29.05.2013 | Saat: 18:45:00 | E-mail | Çapa göndər


Qafqaz Universiteti ABŞ-ın müxtəlif ştatlarını təmsil edən 200-dən çox nümayəndə heyətini qəbul edib. Bu barədə universitetin mətbuat xidmətindən məlumat verilib. Nümayəndə heyəti "ABŞ-Azərbaycan: Gələcəyə baxış” Forumunda iştirak etmək üçün Azərbaycana səfər edən senatorlar, dövlət nümayəndələri, müxtəlif universitetlərin rektorları və s., kimi ictimai xadimlərdən ibarət idi.
Proqram Qafqaz Universiteti rektoru Professor Ahmet Saniçin açılış nitqi ilə başlayıb. Professor Saniç Qafqaz Universitetinin yaranma tarixi və fəaliyyətləri haqda, həmçinin universitetin gələcək planlarının əhatə edən ətraflı məlumat verib. Universitet haqqında göstərilən qısa video çarxda ABŞ nümayəndə heyətinin üzvləri universitetin akademik proqramlar haqqında verilən ətraflı məlumatı dinləyərək tələbələr üçün tədris şəraitinin təmin edilməsinə şahid oldu. Rektor tərəfindən salamlama mərasimindən sonra, qısa əyləncə fasiləsi başladı və Qafqaz Universitetinin tələbəsi milli dəyərlərimizi nümayiş etmək məqsəd ilə mahnı ifa etdi.
Proqram ərzində ABŞ nümayəndə heyətinin bir neçə üzvü Azərbaycan haqda təəssüratlarını bölüşərək Bakının gözəlliyi ilə dərindən heyrətləndiklərini və Azərbaycan insanının qonaqpərvərliyindən təsirləndiklərini vurğuladılar. Qonaqlar həmçinin Azərbaycanın yüksək iqtisadi inkişaf səviyyəsinin onlarda yüksək təəssürat yaratdığını bildirdilər.
Proqramın sonunda, ABŞ nümayəndə heyətinin üzvlərinə Qafqaz Universitetinin şəhərciyini göstərmək məqsədi ilə qısa gəzinti təşkil edildi. Qonaqlara Qafqaz Universitetinin sinif otaqları, kompyuter laboratoriyaları, kitabxana, kafeteriya və yataqxanaları göstərildi. Nümayəndə heyətinin üzvləri xatırlatdı ki, Qafqaz Universitetində tələbələrin tədrisi üçün təmin edilmiş ətraf mühit onlarda dərin təəssürat yaradıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info