Türkiyənin NTV və “Ülke TV” kanallarında Xocalı soyqırımı ilə bağlı reportajlar yayımlanıb
Tarix: 25.02.2018 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


Türkiyənin NTV kanalında Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı reportaj yayımlanıb.

AZƏRTAC xəbər verir ki, reportajda Xocalı soyqırımının şahidlərinin fikirlərinə yer verilir.

Reportaj Xocalı sakini Məmməd Nağıyevin bu fikri ilə başlayır: “Ermənilər mənim gözümün qarşısında hamilə qadının qarnını yararaq uşağını çıxarıb öldürdülər”.

Reportajda qeyd edilir ki, 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl olmaqla, 613 azərbaycanlı 26 il əvvəl Xocalıda qətlə yetirilib. Bildirilir ki, xocalılılar 1992-ci il fevralın 26-da törədilmiş bu qətliamın ildönümü ərəfəsində Türkiyədə olublar.

Xocalı soyqırımının şahidi, 8 gün erməni əsirliyində olmuş Vüsalə Məmmədova reportajda həmin gecə yaşadığı dəhşətli hadisələri, ermənilərin ona verdiyi işgəncələri göz yaşları içində danışır. O, ən böyük arzusunun bir gün öz qızının əlindən tutub doğma yurduna qayıtmaq olduğunu bildirir.

Xocalı soyqırımına beynəlxalq ictimaiyyət tərəfindən hələ də lazımi hüquqi-siyasi qiymətin verilməməsini təəssüflə qeyd edən xocalılılar bu gün Türkiyəyə qarşı irəli sürülən qondarma “erməni soyqırımı” iddialarını pisləyiblər. Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov deyir: “Bu gün Türkiyəni şantaj edirlər. Bəzi Avropa ölkələri əllərində heç bir sübut, əsas olmadan bu qondarma “soyqırımı”nı tanıqdıqlarını deyirlər. Sual olunur: siz nəyə istinad edib, nəyə əsaslanıb bu uydurma “soyqırımı”nı tanıyırsınız?”.

Xocalı soyqırımı ilə bağlı daha bir reportaj “Ülke TV” kanalında yayımlanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu günlərdə Ədalət və İnkişaf Partiyasının qrup toplantısında Xocalı soyqırımı ilə bağlı söylədiyi fikirlərlə başlayan reportajda faciə barədə faktlar diqqətə çatdırılır.

Reportajda, həmçinin Xocalı soyqırımı şahidlərinin fevralın 25-dən 26-na keçən gecə yaşadıqları müsibətlərlə bağlı fikirlərinə geniş yer verilir. Vurğulanır ki, onlar beynəlxalq ictimaiyyətdən Xocalı soyqırımının tanınmasını tələb edirlər.

Hər iki reportajda Xocalı dəhşətlərini əks etdirən kadrlar nümayiş etdirilib.




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
“Ulduzu barışmayan” AXCP-ReAl
19.08.2019
Gürcüstanla Dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyalarının ekspertlərinin işçi görüşü olub
19.08.2019
Koreyada “Azərbaycan dərsi” keçirilib
19.08.2019
Mir Şahin Gəncə teraktı ilə bağlı - şok VİDEO yaydı
19.08.2019
Dövlətin təhlükəsizliyi və milli maraqlar hər şeydən üstün olmalıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info