Özbəkistanda yaşayan soydaşlarımız Xocalı faciəsi ilə bağlı bəyanat yayıblar
Tarix: 26.02.2018 | Saat: 00:28:00 | E-mail | Çapa göndər



Daşkənddəki Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi (RAMMM) Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirib.

AZƏRTAC xəbər verir ki, Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra RAMMM-ın sədri Firdovsi Hüseynov Xocalı faciəsinin səbəbləri və nəticələri barədə məlumat verib. Bildirib ki, 26 il əvvəl fevralın 25-dən 26-a keçən gecə Azərbaycanın Xocalı şəhəri erməni hərbi birləşmələrinin və keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının birlikdə hücumu ilə yer üzündən silinib, qadınlara, qocalara, uşaqlara, hətta körpələrə aman verilməyib.
Sonra o Özbəkistanda yaşayan azərbaycanlılar və RAMMM adından Xocalı faciəsinin 26-cı ildönümü ilə bağlı Bəyanatını oxuyub.
Bildirilib ki, Bəyanat BMT-nin Baş katibinə, BMT Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, Avropa İttifaqına, Avropa Şurasına, ATƏT-ə, İslam Əməkdaşlıq Təşkilatına və digər beynəlxalq təşkilatlara ünvanlanıb.
RAMMM sədrinin müavini Mobil Məmmədov, Xocalı faciəsinin şahidi Yusif Əliyev, həmçinin soydaşlarımızdan Qədir Məmmədov, Əjdər Əliyev, İsmayıl Məmmədov və başqaları Xocalı faciəsini törədənlərin bu qanlı əməllərini pisləyib, ermənilərin zaman-zaman azərbaycanlılara və türklərə qarşı törətdikləri vəhşiliklərdən danışıblar.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info