İsraildə 28 May Respublika Günü qeyd olundu
Tarix: 29.05.2013 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


İsrailin Tirat-Karmel şəhərində Azərbaycan Demokratik Respublikasının (ADR) 95-ci ildönümü qeyd edilib. Tədbiri “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyası (AZİZ) şəhər bələdiyyəsinin dəstəyi ilə təşkil edib.
Açılış mərasimində çıxış edən Dağ Yəhudilərinin mədəniyyət və ənənələrinin qorunması mərkəzinin direktoru, “AZİZ”in idarə heyətinin üzvü Şaul Siman Tov ADR-in Yaxın Şərqdə və müsəlman ölkələri arasında ilk demokratik respublika kimi mütərəqqi əhəmiyyətindən danışıb.
Beynəlxalq məsələlər üzrə ekspert, “AZİZ”in idarə heyətinin üzvü Arye Qut Şərqdə ilk demokratik, parlamentli respublika olan ADR-in tarixi, onun dövlətçilik ənənələri haqqında təqdimatı bayram iştirakçılarına təqdim edib.
“Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin etməklə bərabər, həmçinin milli ordu, milli valyuta, demokratikləşmə, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü də məhz müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib”-deyə Arye Qut bildirib.
Ekspert qeyd edib ki, 23 ay mövcud olmuş ADR-in hər bir tarixi səhifəsi bütün azərbaycanlılar və hazırda Azərbaycandan köçüb İsraildə yaşayanlar üçün çox əzizdir. O xatırladıb ki, ADR-in ilk hökumətində səhiyyə nazirinin Yevsey Gindes olması Azərbaycan xalqının tolerantlığının və yəhudi xalqına olan sevgisinin daha bir göstəricisidir.
Qut vurğulayıb ki, Azərbaycanda heç vaxt antisemitizm halları olmayıb və biz İsraildə olan Azərbaycan diasporunun təmsilçiləri olaraq bu faktla qürur duyuruq. “Mənə müsəlman, yaxud xristian dövləti olan ikinci bir ölkə göstərin ki, orada ölkə Prezidenti və onun xanımının himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük olan təhsil mərkəzi tikilsin. Düşünürəm ki, sadəcə olaraq tapmayacaqsınız”-deyə Arye Qut vurğulayıb.
Tirat Karmel şəhərinin meri Arye Tal bayram iştrakçılarını salamlayaraq, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib və Respublika Günü münasibətilə Azərbaycan diasporunu təbrik edib. “Mən diaspor nümayəndələrinin çıxışlarından və film təqdimatından sonra Azərbaycan dövləti haqqında aldığım məlumatdan şoka düşdüm. Mən özüm heç vaxt təsəvvür edə bilməzdim ki, Azərbaycan bu qədər müasir, gözəl və qonaqpərvər bir ölkədir”.
Arye Talın fikrincə, İsrail Azərbaycanın mühüm geostrateji tərəfdaşıdır: “Mən Azərbaycan tərəfinə, hər bir Azərbaycan şəhərinə Tirat Karmel şəhəri ilə real dostluq təklif edirəm, bu mənim Azərbaycana olan ehtiramımdır”.
İlkin




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Donald Trampa NATO-dan çıxmağı qadağan etdilər
23.01.2019
Fransalı nazir polis zorakılığını etiraf etməyə məcbur olub
23.01.2019
Suriyalı qaçqın ABŞ-ın dövlət qulluqçularına pulsuz yemək paylayır
22.01.2019
Avropa ölkələri Gürcüstandakı vəziyyətdən narahatdır
22.01.2019
Axen sazişi: Almaniya və Fransa ABŞ-a qarşı yeni cəbhə yaratdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info