Azərbaycanlı politoloq Puerto-Riko mediasında Sərkisyanı ifşa edib
Tarix: 26.02.2018 | Saat: 15:23:00 | E-mail | Çapa göndər


Beynəlxalq məkanda tanınmış azərbaycanlı politoloq Mahir Qurbanovun Puerto Riko mətbuatında Azərbaycan həqiqətləri ilə bağlı yazısı dərc olunub. Azərbaycanlı politoloqun bu günə kimi Puerto Riko mətbuatında heç kəsin əldə edə bilmədiyi uğura nail ola bilməsi İspaniyada böyük ajiataja səbəb olub. Mahir Qurbanov iki həftədən artıq müddətdə bu yöndə çalışsa da, nəhayət məqsədə çatmağa müvəffəq oldu. Beləliklə Mahir Qurbanov Azərbaycan həqiqətləri ilə bağlı yazılan siyasi təhlili Puerto Riko mətbuatına ilk dəfə dərc olunmasına nail olmağı bacardı. 
Azərbaycanlı politoloq Puerto Rikonun nüfuzlu dövlət jurnallarının birində- “DİALOGO UPR” (Puerto Riko Universitetinin Dialoq elmi jurnalı) jurnalında “Asiya ərazisində tolerant olmayan ölkələrə qarşı Azərbaycanın mübarizəsi” başlıqlı yazı ilə erməniləri ifşa edən, onların işğalçılıq prinsiplərini və məkirli siyasi mövqelərini açıq aydın ictimailəşdirməyə nail olub.
Məqalədə Xocalı soyqırımı ilə bağlı Ermənistan prezidenti Serj Sarkisyanın “Azərbaycan ermənilərin sivil əhaliyə divan tuta biləcəyimizə inanmırdı. Xocalı əməliyyatı Azərbaycanı buna inandırdı...” fikirlərinin ardından ASALA terror təşkilatının törətdiyi saysız- hesabsız qətliamlardan söz açıb. 
Xocalıda qətlə yetirilən günahsız soydaşlarımızın statistik məlumatları ilə yanaşı, yurd-yuvalarından didərgin düşən həmvətənlilərimiz, qeyri insani işgəncələrə məruz qalan ana və bacılarımız, dərisi soyulan körpə uşaqlarımızdan da yazıb. 
Mahir Qurbanov yazıda, eyni zamanda Azərbaycanın qonşu ölkələrlə bərabərhüquqlu dostluq siyasəti yürütdüyündən bəhs edib. Azərbaycanın iqtisadi inkişafının qonşu dövlətlərə verə biləcəyi tövhələrdən ermənilərin öz məkirli siyasətlərini yürütmək səbəbindən məhrum olduqlarını dəqiqliyi ilə izah edib. 
Puerto Rikonun nüfuzlu elmi jurnalı hesab edilən “DİALOGO UPR”-da ilk dəfə olaraq, geniş oxucu kütləsinə Dağlıq Qarabağ və Azərbaycan həqiqətlərini çatdırmağa müvəffəq olan Mahir Qurbanov bu addımı ilə böyük nailiyyət əldə etmiş olub. 
Yeri gəlmişkən, həmyerlimiz Mahir Qurbanov İspaniyanın  “Mollet del Valles”, “Radio Juventud Gran Canaria”, "Radio 2 Luces"  radiosu və “Badalona” dövlət yeleviziyasına Azərbaycanın iqtisadi inkişafı, Dağlıq Qarabağ münaqişəsi haqqında dəfələrlə çıxışlar edib.
Qeyd edək ki, Barselona Dövlət Universitetinin məzunu olan Mahir Qurbanov VOİCEPRESS.AZ Beynəlxalq İnformasiya Bürosunun “Azərbaycan – İspaniya, İtaliya və Latın Amerikası Media Forumu” layihəsinin rəhbəridir. Onu da əlavə edək ki, Mahir Qurbanov 2011-ci ildə Prezident İlham Əliyevin Ekvador ve Meksika nümayəndə heyəti ilə görüşündə ispan dili üzrə tərcüməçisi olub.

http://dialogoupr.com/azerbaiyan-lucha-contra-la-ignorancia-e-intolerancia-en-la-region-euro-asiatica/

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
“Türkiyənin güclənməsi və dünyada söz sahibi olmasını istəməyən qüvvələr var”
25.04.2019
Qazaxıstanda prezident seçkilərində ilk dəfə qadının namizədliyi irəli sürülüb
23.04.2019
Ukrayna MSK prezident seçkilərində Vladimir Zelinskinin qələbəsini elan edib
23.04.2019
Özbəkistan, Türkiyə və Pakistanın birgə hərbi təlimi başlayıb
23.04.2019
“Eurasianet”: “Ermənistanda iqtisadi artım hələ də aşağı səviyyədədir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
3 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
4 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info