Ermənistan əhalisinin 74 faizi ölkəni tərk etməyə hazırdır
Tarix: 29.05.2013 | Saat: 21:22:00 | E-mail | Çapa göndər


Ermənistan rəsmlərinin ölkədə iqtisadiyyatın yüksəlişi, həyat səviyyəsinin getdikcə yaxşılaşdığı və yoxsulluğun tədricən aradan qaldırıldığı barədə mənasız hay-küy qaldıraraq dünya ictimaiyyətinə yalan məlumatlar verirlər.
Amma Parisdə güclü erməni lobbisinin vəsaiti hesabına gündəlik nəşr edilən “Ermənistan xəbərləri“ jurnalında dərc olunan “Ermənilərin 74 faizi ölkəni tərk etmək istəyir?” sərlövhəli yazı dövlət rəsmilərinin yalanlarını tamamilə ifşa edib. Ermənistanın “Lurer-com” xəbərlər portalının apardığı sorğuya istinad edən jurnal bildirib ki, 7 min 880 erməniyə “Siz Ermənistanı tərk etmək istərdinizmi?” sualı ilə müraciət olunub. Respondentlərin 5 min 820 nəfəri, yəni 74 faizi dövlət rəsmilərinin apardığı təbliğata baxmayaraq, səfalət bürüyən, iqtisadiyyatı iflic vəziyyətinə düşən və korrupsiyanın baş alıb getdiyi ölkəni tərk etməyə hazır olduqlarını bəyan edib. Yalnız 1290 erməni (16 faiz) vətənlərini heç vaxt tərk etməyəcəklərini bildirib. Rəyi soruşulanların 770 nəfəri (10 faiz) isə cavab verməkdən imtina edib.




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
Çavuşoğlu: “Türkiyə və Azərbaycanın münasibətləri daha da möhkəmlənəcək”
17.06.2019
Ekrem İmamoğlu`nun inkar ettiği FETÖ ile ilişkisi belgelerle ortada! - FOTO
17.06.2019
Gürcüstan əhalisinin 12 faizdən çoxu işsizdir
17.06.2019
Latviyanın bütün ali məktəblərində tədris latış dilində olacaq
16.06.2019
Əkrəm İmamoğlu və Binali Yıldırım canlı debatda

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10808

1 Müəllimlərin maaşı artdı - 20 faiz
2 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info