İhsan Doğramacının anım tədbiri keçirilib
Tarix: 26.02.2018 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində dünya şöhrətli alim, məşhur pediatr, Azərbaycan xalqının böyük dostu, professor İhsan Doğramacının vəfatının 8-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.
İlk öncə kollecin foyesində tələbələrin əl işlərindən ibarət sərgi nümayiş olundu.Daha sonra tədbir Azərbaycan və Türkiyənin dövlət himni ilə açıq elan edildi. Tədbiri giriş sözü ilə kollecin Tədris işləri üzrə direktor müavini p.ü.f.d M.Məmmədova açaraq qonaqları tədbir iştirakçılarına təqdim etdi və bu günün mahiyyəti haqqında qısaca məlumat verdi. Kollecin direktoru h.ü.f.d Q.Novruzov görkəmli alimin həyat və yaradıcıllığı haqqında ətraflı məlumat verərək, Azərbaycan və Türkiyə dövləti arasında dostluq və qardaşlıq münasibətindən danışdı.
Dəvət olunanlar arasında Türkiyə Böyük Elçiliyinin təhsil üzrə Bakıdakı müşaviri Abdulğafur Böyükfırat, Bilkent Üniversitetinin bölgə ölkələri kurs programları direktoru prof.dr Rasim Özyürek, AMEA Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu, BDU-nun kafedra müdiri prof.dr Ramiz Əskər, ADPU-nun dekanı Dos.Dr. Şahin Pənahov kimi alimlər tədbirdə qonaq qismində iştirak edirdi. Onların görkəmli şəxsiyyət haqqında çıxışları dinlənildi. Çıxışda qeyd olundu ki,Türkiyənin tanınmış elm nümayəndələrindən biri, ictimai-siyasi xadim İhsan Doğramacı 2000-ci ildə Azərbaycanın “Istiqlal” ordeni, 2005-ci ildə isə ən ali mükafat olan “Heydər Əliyev” ordeni ilə təltif olunub. Həmçinin o, dünyanın bir sıra ölkələrinin və beynəlxalq təşkilatların nüfuzlu mükafatlarına da layiq görülüb.
Tədbirdə İ.Doğramacının həyatından, ictimai-siyasi fəaliyyətindən bəhs edən sənədli film nümayiş olundu. Tələbələrin ifasında səslənən musiqili kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.. Sonda qonaqlara xatirə hədiyyələri təqdim olundu.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info