Brüsseldə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib
Tarix: 26.02.2018 | Saat: 18:46:00 | E-mail | Çapa göndər


Belçikanın paytaxtı Brüssel şəhərində Belçika-Azərbaycan Dostluq Cəmiyyəti, Belçika Türk Media Birliyi və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 26-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Bu haqda ATXƏM-dən məlumat verilib.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəklədiyi "Avropada Xocalı həftəsi" layihəsi çərçivəsində keçirilən tədbirə bu ölkəyə səfər etmiş Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident Administrasiyasının sektor mudiri Qafar Əliyev, ATXƏM-in sədri İlham İsmayilov və ATXƏM-in icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin də iştirak edib.

Tədbiri giriş sözü ilə açan Belçika Türk Media Birliyinin başqanı Hüseyn Dönməz Azərbaycanın tarixi torpaqları olan Qarabağın işğalını gerçəkləşdirmək üçün ermənilərin uzun illər bunu planlaşdırdıqlarını qeyd edərək, bildirdi ki, onlar türklərə qarşı soyqırımlar törətməkdən heç vaxt çəkinməyiblər, öz məkirli planlarını daima həyata keçiriblər. "1992-ci il fevralın  25-dən 26-na keçən gecə Xocalı şəhərində insanlığa sığmayan qətliamları da onların türk irqinə olan nifrəti, kini olmuşdur.  Onlar bu qətliamları törətməklə dinc əhali arasında qorxu yaratmış, daha sonra tarixi Azərbaycan torpaqlarını işğal etmişlər".

Prezident Adminstrasiyasının sektor müdiri Qafar Əliyev Xocalıda yaşanan vəhşətləri anladaraq, qeyd etdi ki, ermənilər keçən əsrdə dəfələrlə Azərbaycan xalqına qarşı soyqırımlar törədiblər." lakin bizim xalq hər zaman bu qəddarlıqları onlara bağışlayıb, unudublar. Xocalıda baş verənləri isə əsla unutmaq olmaz. Bu bütün bəşəriyyətə qarşı törədilmiş bir cinayətdir".

Belçika-Azərbaycan Dostluq Cəmiyyətnin sədri Ayhan Dəmirçi Xocalıda baş verən ağlasığmaz qətliamların beynəlxalq aləmdə soyqırım kimi tanıdılması üçün çalışdıqlarını bildirərək, bu istiqamətdə bütün diaspor təşkilatlarının bir araya gəlmələrinin vacib olduğunu bildirib.
 
ATXƏM-in sədri İlham İsmayılov çıxışında bildirdi ki, ermənilərin əsl hədəfləri özlərinin uydurduğu dənizdən-dənizə böyük Ermənistan xülyasına inanmalarıdır.Onlar bu xəstə təxyüllərini gerçəkləşdirmək üçün hər cür qəddar addım atırlar. Bu gün erməniləri bağışlasaq belə onlar gələcəkdə yenə də bu cür addımları atacaqlar. Çünki onlar zəhərli bir ideologiya ilə qidalanırlar və bu ideologiya regionda hər zaman barış və sülhə qarşı olacaq.


Fuad




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10480

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info