Xocalı soyqırımının ildönümü ilə bağlı Qoşqar zirvəsinə yürüş olub
Tarix: 26.02.2018 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


M.Ə.Rəsulzadə bələdiyyəsi ictimai-humanitar sektorun və Everest İdman Klubunun təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Kiçik Qafqazın şimal-şərqində yerləşən Qoşqar zirvəsinə 24-25 fevral tarixlərində edilən yürüş uğurla başa çatıb. Beş nəfərlik alpinist qrupunun yürüşü fevralın 25-də zirvədə “Xocalıya ədalət” posterinin açılması ilə yekunlaşıb. “Everest” İdman Klubunun təşkil etdiyi yürüş Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin dəstəyi ilə reallaşıb. Yürüşdə peşəkar dağçılar Turan Əhmədov, Emin Mirzəyev, Rinad Rəhimxanov, Natiq Yusifli, Anar Abbasov və Turan Əhmədov iştirak edib. Yürüşün təşkil olunmasında əsas məqsəd gənc nəslin diqqətini Xocalı faciəsinə yönəltməklə yanaşı, sağlam həyat tərzini təbliğ etmək, idmanın bu növünü tanıtmaq və ona olan marağı artırmaqdan ibarətdir. Daşkəsən rayonu ərazisində yerləşən 3 min 361 metr yüksəklikdəki Qoşqar zirvəsi Kiçik Qafqaz sıra dağlarına aiddir. Qeyd edək ki, 23 fevral 2018-ci il tarixdə M.Ə.Rəsulzadə bələdiyyəsində Qoşqar zirvəsinə edilən yürüşün iştirakçıları ilə görüş keçirilib və uğurlar dilənilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info