«ArmenianReport»: «Rusiyada Ermənistanın dövlətin bütün elementlərinə malik olmadığı barədə tez-tez danışılır»
Tarix: 26.02.2018 | Saat: 21:05:00 | E-mail | Çapa göndər


Hər şeydən əvvəl bildirək ki, son illər Ermənistanda Rusiyaya qarşı münasibətlərdə xeyli çatlar, narazılıqlar əmələ gəlməyə başlayıb. Təbii ki, bu ermənilər üçün adi haldır. Onlar üçün dostluq, əməkdaşlıq məfhumları həmişə ikinci planda olub. Dünyaya özlərini məzlum, zərərçəkən xalq kimi tanıdan ermənilər fürsət düşən kimi qonşu xalqlara qarşı ən böyük cinayətlər törətməklə yadda qalırlar. Bütün bunlara baxmayaraq, onların Rusiyaya qarşı belə «diş qıcamaları» da səbəbsiz deyil.
Yəqin Avropaya yaxınlaşmaları ermənilərdə böyük ümidlər yaradıb. Əgər belə olmasaydı, onlar bu qədər açıq şəkildə rusların üzərinə gedə bilməzdilər. Beləliklə, keçək mətləbə. Ermənilərin «ArmenianReport» saytında erməni yazar Razmik Akopcanyanın bir məqaləsi yer alıb. Məqalə «Rusiya bizə müttəfiq ola bilməz. O, yalnız düşmənlərə, rəqiblərə dost olub, səhvlərə yol verə bilər» cümləsi ilə başlayır.
SSRİ dövründən miras qalan idmanın bu gün Rusiya tərəfindən siyasiləşdirildiyini bildirən yazı müəllifi fikirləri Cənubi Koreyada keçirilən XXIII Qış Olimpiya Oyunlarına yönəldir. Müəllif rusların sevincinin kiçik bir səbəbi kimi - xokkey komandasının qızıl medal qazanmasını göstərir. Rusiya olimpiya komandasının 17 medalla (2qızıl, 6 gümüş və 9 bürünc) 13-cü yerdə qərarlaşmasını ön plana çəkən müəllif yazır: «Lakin, maddənin mahiyyəti, əlbəttə ki, rusların bu qələbəsindən uzaqdır. Belə ki, bugünkü olimpiadalar Rusiyanın çökməsini göstərən daha bir güclü sübuta çevrilməkdədir. Bunun üçün medal hesabında olimpiadaların nəticələrinə baxmaq kifayətdir. Norveçli idmançılar XXIII Qış Olimpiya Oyunlarının medallar sıralamasında birinci yeri tutublar. Norveçlilər 14 qızıl, 14 gümüş və 11 bürünc medal qazanıblar. Siz olimpiadaların sonunda Rusiyanın ilk onluğa düşməməsini görmüşdünüzmü? İndi bizim üçün də rus idmanı haqqında bilməyimiz lazım olan budur. Bu yalnız qış idman oyunlarında göstərdikləri nəticədir. Əminəm ki, iki il sonra Rusiyanın özündə keçiriləcək Yay Olimpiya Oyunlarında onlar eyni fiyasko ilə qarşılaşacaqlar. Artıq zaman da dəyişib. İndi bütün yarışmalarda dopinq sözləri Rusiyanın sinoniminə çevrildib» Müəllif artıq Rusiya idmanı ilə yanaşı, elə Rusiyanın özünün də Ermənistana heç bir örnək ola bilməyəcəyi nəticəsinə gəlir: «Artıq Rusiya Ermənistan üçün heç bir idman nümunəsi ola bilməz. Ona görə də, əgər biz idmanda qələbəyə nail olmaq istyiriksə, bu halda Rusiyanı özümüzdən kənar tutmalıyıq. Özü də nə qədər mümkünsə, bunu tezliklə həyata keçirməliyik. Bizim üçün idman nümunəsi artıq ruslara öz yerini göstərən ABŞ və Qərb ölkələri olmalıdır. Amma idmanımızı bu istiqəmətə yönəltmək üçün Ermənistanın siyasi yönümü olmalıdır». Erməni üçün daha «önəm kəsb edən məsələ» isə, olimpiadanın bağlanış mərasimində rus himninin səsləndirilməməsi ilə bağlıdır. O, bunu Rusiya üçün ictimai təhqir kimi dəyərləndirir.
Müəllif yazır: «Rusiyada tez-tez Ukrayna, Ermənistan və Baltikyanı ölkələrin dövlətin bütün elementlərinə malik olmadığı barədə danışılır. Lakin reallıqda bunu daha çox Rusiyaya şamil etmək olar. Ona görə də, ondan bizə müttəfiq ola bilməz. O, yalnız düşmənlərə, rəqiblərə dost olub, səhvlərə yol verə bilər və biz bunu uzun müddətdən sonra başa düşmüşük. Məhz buna görə də, Rusiya ilə ittifaqın Ermənistan üçün təhlükəli olacağı aydın görünür».
Bu məqalə bir daha göstərir ki, ermənilər bu günə qədər ayaqda durmalarına görə məhz Rusiyaya minnətdar olmalarını tez-tez yaddan çıxarırlar.
Ağasəf Babayev





 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info