Sevinc Osmanqızı Xocalı faciəsində niyə ermənilərə bəraət qazandırmağa çalışır?
Tarix: 27.02.2018 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Nə üçün Xocalı soyqırımının 26-cı ildönümündə millətinin əleyhinə olan iddiaların əvəzinə, erməni vəhşiliyini sübut edən faktları təfsilatı ilə paylaşıb öz “amerikalı dostlarına”, eləcə də izləyicilərinə həqiqəti aşılamır? Ermənilərin özlərinin də etiraf etdiyi, bütün vəhşiliklərin sübut olunduğu bir vaxtda, arxivlərin açılmasını istəyən Sevinc Osmanqızı, doğrudanmı, ağlını itirib? Bütün dünya bilir ki, bu qırğını ermənilər törədiblər, elə isə bu olayda siyasi çalar axtarmağın mənası nədir? Üstəgəl, ermənilərdən başqa, hansısa üçüncü tərəfi bu soyqırımı ilə bağlı nələrdəsə günahlandırmaq o qədər gülünc səslənir ki... Sevinc Osmanqızı yazır: “Niyə arxivləri ictimailəşdirmək əvəzinə, saxta şahidlər yaradılır, qəhrəmanlar kiçildilir? Bizim 20 Yanvar, 20 noyabr, Xocalı və xalqımızın başına gətirilən digər faciələrdə olanları bilmək haqqımız və borcumuzdur!”. Maraqlıdır, bu adam Xocalı faciəsi ilə bağlı “olanları bilmək borcumuz və haqqımızdır” deyir. Axı xocalılar öz dilləri ilə deyirlər ki, onların başına nə oyunlar gətirildi, hətta Sarkisyan belə, etiraf edir ki, Xocalıda insanları bilə-bilə qırıblar.. Xocalı ilə bağlı əcnəbi fotoqrafların çəkdikləri dəhşətli fotolar, hadisənin şahidi olan xarici jurnalistlərin xatirələri azdırmı? Təkcə bir misalı deyək ki, İngiltərənin “Valeraktuel” jurnalı bu haqda yazırdı (14 mart 1992-ci il): “Bu “muxtar regionda” erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları var. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər...”
Bu faktları dünya ictimaiyyətinə çatdıran xarici qəzet və jurnalların sayı yüzlərlədir. Dünya ictimaiyyəti bütün faktları bilir, ancaq bütün bunlara baxmayaraq, yenə də bəziləri xaricdə oturaraq işğalçını müdafiə etməkdə davam edirlər. Maraqlıdır, Sevinc Osmanqızılar niyə erməniləri müdafiəyə qalxırlar? Bununla nə demək istəyirlər? Hansı arxivlərdən və hansı anormal iddialardan danışırlar axı? Əslində isə bizə bəllidir ki, bu adam və onun kimilər-Orduxanlar nə istəyirlər. Onlar erməni təəssübkeşidirlər, vəssalam. Xatırlayırsınızsa bir neçə gün öncə Avropada oturub gecə-gündüz Azərbaycan əleyhinə aksiyalar təşkil edən Orduxan adlı birinin videogörüntüsü yayılmışdı. O dolayısı ilə ermənilərin azərbaycanlıları bilərəkdən qırmadığını, qırğınlarda günahsız olduqlarını iddia edirdi.
Orduxan da, Sevinc Osmanqızı da gözəl bilirlər ki, Xocalıdan qaçan dinc sakinlər elə mühasirədə olan Xocalının içində və ətraf yerlərdə qırıldılar ki, bu da birbaşa erməni vəhşiliyinin sübutudur. Onların əsl niyyətlərinin ortaya çıxması ilə bir daha aşkar olunur ki, Sevinc Osmanqızı kimilər ermənilər, erməni mətbuatı üçün həmişə sərf edən fikirlər səsləndirirlər. Heç olmasa, bu olayda erməniyə sərf edən tərzdə danışmayaydın... Sənin ki, atanı ermənilər öldürüb.
Qısası, ölkəsinin, hökumətin əleyhinə fikirlərlə gündəmdə qalmağa çalışan bu adamların davası hakimiyyət davası deyil, özlərini xalqa canıyanan kimi göstərsələr də, iç üzləri ortadadır.
Xocalı soyqrımının ildönümü ərəfəsində ermənilərə bundan böyük hədiyyə ola bilməzdi. Ermənilər indi daha yaxşı müdafiə olunmaq üçün Sevinc Osmanqızının və digər siyasi mühacirlərin onların xeyrinə olan fikirlərinidən istifadə edəcəklər. Onların statuslarını paylaşıb, ermənilərin vandal olmadığını isbatlamağa çalışacaqlar. Sirr deyil ki, uzun illərdir Qərbin erməni lobbisinə yaxın çevrələri ermənilərə münasibəti dəyişmək üçün bəzi QHT və ictimai “fəallarla” təmaslar qururlar. Bu şəxslərin əsas vəzifəsi ermənilərə bəraət qazandırmaq, onları məsum və məzlum xalq kimi təqdim etməkdir. Sevinc Osmanqızı da bu yola qədəm qoyub. Özü bilər... Amma Xocalı hadisələrinə belə antimilli münasibətindən sonra Azərbaycanın “maraqlarını müdafiə etdiyini” bir daha iddia etməsin.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu
14.11.2018
Fransada yeni diaspor təşkilatının təqdimatı olub
14.11.2018
Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info