“TAP daha təmiz enerji mənbəyini təmin edəcək”
Tarix: 27.02.2018 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


“TAP və “Cənub Qaz Dəhlizi” daha təhlükəsiz, saxələndirilmiş və davamlı enerji qarışığına nail olmaq üçün ən vacib və konkret layihələrdən biridir”
“Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) qaz boru kəməri karbon emissiyasını azaldaraq daha təmiz enerji mənbəyini təmin edəcək”. Bu sözləri Londonda keçirilən “WesternBalkans Investment Summit”dəki çıxışında TAP-ın icraçı direktoru Luca Schieppati deyib. O qeyd edib ki, TAP və “Cənub Qaz Dəhlizi” daha təhlükəsiz, saxələndirilmiş və davamlı enerji qarışığına nail olmaq üçün ən vacib və konkret layihələrdən biridir. Xatırladaq ki, bu ay Avropa İnvestisiya Bankının İdarə Heyəti Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın təbii qaz şəbəkəsinə qoşulmaq üçün Cənubi İtaliya sahillərinə çıxan TAP boru kəməri üçün 1,5 milyard avro məbləğində maliyyələşdirməni təsdiqləyib. Bank bildirir ki, layihə Cənub Qaz Dəhlizinin bir hissəsidir və Avropa İttifaqının enerji siyasəti çərçivəsində strateji cəhətdən əhəmiyyətli bir komponent kimi, Avropa Şurası, Avropa Komissiyası və Avropa Parlamenti tərəfindən müəyyən edilən təşəbbüsdür. Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) da TAP üçün 1,2 milyard avroya qədər kredit ayırmağı planlaşdırır. Bu məbləğın 500 milyon avrosu EBRD tərəfindən birbaşa kreditlə, 700 milyon avrosu isə sindikatlaşdırılmış kredit formasında olacaq. Kreditin ayrılması barədə qərarın cari ilin ortalarına qədər qəbul ediləcəyi gözlənilir. TAP qaz boru kəməri layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 67 faizi yekunlaşıb. Boru kəmərinin 765 kilometrlik Yunanıstan və Albaniya hissəsinin 92 faizində ərazi təmizlənib və qiymətləndirilib, 615 kilometr boru qaynaq olunub, boruların 67 faizi xəndəyə endirilib, torpaq örtüyünün 52 faizi əvvəlki vəziyyətinə gətirilib. Boru kəmərinin Adriatik dənizindən keçəcək 105 kilometrlik hissəsinin tikintisini həyata keçirən İtaliyanın “Saipem S.p.A” şirkəti hazırda mikrotunel sahələrində çalışır. Burada müvəqqəti yol və sahə hazırlığı tamamlanıb. TAP-ın podratçısı hazırda mikrotunelin tikintisini həyata keçirmək üçün çuxurun qazılması işlərini görür. TAP-ın keçdiyi 3 ölkədə işçilər 65 milyon kilometr yol qət edib və 23 milyon nəfər-saat iş görülüb. Layihə qrafikə uyğun icra edilir və TAP 2020-ci ilədək Azərbaycanın “Şahdəniz” yatağından ilk qazı almağa hazır olacaq. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ildə Türkiyəyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə bundan təxminən 1 il sonra 2020-ci ilin əvvəllərində planlaşdırılır.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info