Hyustonda Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilib
Tarix: 27.02.2018 | Saat: 16:02:00 | E-mail | Çapa göndər


Xocalı soyqırımının 26-cı il dönümü ilə əlaqədar ABŞ-ın Texas ştatının Hyuston şəhərində yerləşən Hyuston Universitetində "Hyuston-Bakı” Qardaşlaşmış Şəhərlər Assosiasiyası, “Azərbaycan Mərkəzi”, Azərbaycan-İsrail Dostluq Cəmiyyətinin təşkilatlığı və Azərbaycanın ABŞ-dakı Səfirliyinin dəstəyi ilə tədbir keçirilib.
 
Azərbaycanın ABŞ-dakı Səfirliyindən verilən məlumata görə, sözügedən tədbir “Xocalıya ədalət” kampaniyası çərçivəsində baş tutub.

Tədbirdə universitetin müəllim və tələbə heyəti, Hyustonda yaşayan Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Həmçinin tədbirə “Qara qar damcıları” (“Black Snowdrops”) kitabının müəllifləri Efim Abramov (İsrail) və Leyla Begim (Çexiya Respublikasi) də qatılıblar.

Tədbiri giriş sözüylə universitetin Qlobal Strateji və Tədqiqatlar üzrə rektor müavini Ceyms Ortiz açıb. O, Azərbaycan-ABŞ və Hyuston-Bakı əməkdaşlığının vacibliyini, Hyuston Universitetinin bu tədbirə ev sahibliyi etməklə məsələyə diqqətini vurğulayıb. Sonra “Hyuston-Bakı” Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti və Hyustonda yerləşən Azərbaycan Mərkəzinin icraçı direktoru İradə Axundova çıxış edərək Xocalı soyqırımın hər bir azərbaycanlı üçün unudulmaz bir səhifə olduğunu qeyd edib, bu faciə haqqında dünya ictimaiyyətinin davamlı məlumatlandırılmasının vacibliyini bildirib.

Daha sonra Azərbaycanın ABŞ-dakı Səfirliyinin müşaviri Vüqar Qurbanov Xocalı qətliamının Azərbaycan xalqı və dövlətinin iradəsini qırmaq üçün törədildiyini, Xocalı qətliamından sonra digər işğal edilmiş ərazilərimizin də eyni ssenari ilə işğal edildiyini, amma Azərbaycan xalqı və dövlətinin iradəsini qıra bilmədiyini, Azərbaycan xalqının dəstəyi ilə dövlətimizin ərazi bütövlüyümüzü bərpa edəcəyini, bu qətliamı törədənlərin ədalət qarşısında cavab verəcəklərini vurğulayıb. Bu məqsədə daha tez nail olmaq üçün səfirlik nümayəndəsi ABŞ-da yaşayan soydaşlarımızın daha da sıx birləşməyə dəvət edib.

Kitabın həmmüəllifi L.Begim həmin əsərin azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasətinin qurbanlarına həsr olunduğunu bildirib, sonra qətliam qurbanlarına həsr edilmiş şer səsləndirib.
 
Azərbaycan-İsrail Dostluq Cəmiyyətinin rəhbəri Lev Spivak Azərbaycan-İsrail münasibətləri, Xocalı faciəsi ilə bağlı
apardıqları fəaliyyət barədə geniş məlumat verib. Tədbirdə həmçinin “Qara qar damcıları” kitabının bəzi hissələri oxunub.

Tədbirin sonunda Xocalı qətliamının tanıdılması barədə gələcək fəaliyyətlərə dair geniş müzakirələr də aparılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info