Metronun yenidən qurulan stansiyalarında yeni tipli turniketlər quraşdırılır
Tarix: 27.02.2018 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


“Bakı Metropoliteni” QSC və Türkiyənin “KentKart EGE Elektronik” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, metropolitenin yenidən qurulan stansiyalarının vestibüllərində avtomat buraxılış-nəzarət məntəqələrində (ABNM) yeni tipli turniketlər quraşdırılır.
 
QSC-dən verilən məlumata görə, bu günlərdə yeni alınan qurğuların idarə edilməsi sistemlərinin proqram təminatının daha da dərindən öyrənilməsi məqsədilə metropolitenin bir qrup əməkdaşı Türkiyənin İzmir şəhərinə ezam olunub.
 
Təlim-tədris prosesinin daha məhsuldar və keyfiyyətlə təşkil edilməsi məqsədilə səfər iki qrupda təşkil edilib.
 
Birinci səfər zamanı əməkdaşlar ABNM-lərin ümumi iş prinsipi, turniketlərin nəzarət blokunun proqram təminatı və digər iş prinsipləri, turniketlərin mexanizminin, optik ötürücünün tənzimlənməsi və proqramlaşdırılmasının, turniket validatorunda mümkün nasazlıqların aradan qaldırılmasının öyrənilməsində yaxından iştirak edib, fikir və təcrübə mübadiləsi aparıblar.
 
Metropolitençilər şirkətin informasiya və kommunikasiya texnologiyaları əməkdaşlarının keçdiyi təlimdə də iştirak ediblər. Təlimdə turniketlərdə sistem və inzibati əməliyyatların tətbiqi, validatorda tarifin dəyişdirilməsi, yeni turniketlər quraşdırıldıqda və yaxud əlavə edildikdə onların proqramlaşdırılması və bazaya əlavə olunması kimi məsələlər geniş müzakirə olunub.
 
İkinci qrupa daxil olan əməkdaşlar təlimlərdə qeyd olunan biliklərin mənimsənilməsi ilə yanaşı, texniki prosesin tətbiqini, o cümlədən turniketlərin validatorlarının LED panelinin dəyişdirilməsi və quraşdırılması, mexanizmlərin tənzimlənməsi və təmiri prosesini mənimsəyiblər. Təlimlərə qatılan əməkdaşlara “KentKart EGE Elektronik” şirkəti tərəfindən xüsusi sertifikatlar təqdim olunub.
 
Qeyd edək ki, Bakı metropolitenində 2015-ci il avqustun 8-dən vahid ödəniş kartlarının istifadəsinə başlanılıb. Metropolitenin yenidən qurulan stansiyalarında müasir tələblərə cavab verən turniketlərin quraşdırılması prosesi də davam etdirilir. Aparılan təhlillərə əsasən, gur saatlar, xüsusən də kütləvi-mədəni tədbirlərin təşkili zamanı “Sahil ”, “Gənclik” və “Koroğlu” stansiyalarında sərnişinlərin rahatlığını təmin etmək məqsədilə, ABNM-lərdə əlavə turniketlər quraşdırılıb. Təmir olunan “Xətai” və “Bakmil” stansiyalarında müvafiq turniketlərin quraşdırılması nəzərdə tutulub.
 
"Sərnişin axınının təhlillərinə əsasən, gələcəkdə digər stansiyalarda əlavə turniketlərin quraşdırılmasına ehtiyac yaranarsa, bu tip qabaqlayıcı addımlar atılacaq", - deyə məlumatda vurğulanıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info